Paradoks
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 22:55 26 may 2023 tarixində əlavə olunmuşdur

İçimdə yeni mən var,

Ruhunda sənin izin

Bir az melanxoliklik,

Bir azca da narsizm

 

Məndə bağlı yüz qapı,

Sən sehrli açardın

O şaqraq gülüşünlə

Hamısını açardın

 

Mən özümdən yan qaçım,

Sənsə içimdə kök sal

Səni sevmək empirik,

Qovuşmaq paradoksal


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+25=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0231 saniye