Parisi fəth edən azərbaycanlı xanım
Təranə Hacıyeva tərəfindən "Məşhurlar" bolməsinə 08:47 31 iyul 2018 tarixində əlavə olunmuşdur

                                       Təranə Hacıyeva

Fransanı fəth edən azərbaycanlı xanım

         XX əsrin əvvəlləri Azərbaycan üçün çox qarmaqarışıq, köklü dəyişikliklərin baş verdiyi, azərbaycanlıların millət kimi formalaşmasında müstəsna rol oynayan bir dövr olmuşdur. Bu dövrdə bəlkə də heç bir tarixi kəsimdə olmadığı qədər görkəmli şəxsiyyətlər yetişmiş, demək olar ki, bütün sahələrdə inkişaf, dəyişiklik baş vermişdir. Azərbaycanlıların uzun illər adət etdiyi, yaşadığı sosial düzən, dünyagörüşü dövrün, dünyada və regionda baş verənlərin təsiri ilə ciddi dəyişikliklərə uğramağa başlamışdı. XX əsrin əvvəllərində Azərbaycanın həm ictimai-siyasi, həm mədəni, həm sosial, həm sənaye həyatında çox böyük yeniliklər yaranmışdı. Neft sənayesinin inkişafı özü ilə bərabər bütün sahələrdə - şəhərsalmada, təhsildə, mədəniyyətdə, incəsənətdə və s. inkişafa təkan verdi. Neft milyonçuları öz övladlarına Avropa təhsili verməyə, elm və texnikanın yeniliklərini ölkəyə gətirməyə, mədəniyyətə himayəçilik etməyə meyl göstərirdilər. Bakıda yeni, Avropa üslublu binalar tikilir, təhsil müəssisələri yaranır, teatr, mətbuat inkişaf edirdi.

Məhz belə bir mühitdə, iki ən zəngin Bakı milyonçusunun nəvəsi kimi dünyaya bir qız uşağı gəldi. Bu qızcığaz dünyaya gəldiyi zaman anasını itirdi. Ona anasının adını qoydular – Ümmülbanu. Ana babası Musa Nağıyev, ata babası Şəmsi Əsədullayev olan balaca Ümmülbanu alman tərbiyəçi fröyleyn Anna tərəfindən tərbiyə olunur. Dörd bacıdan ən kiçiyi olan Ümmülbanu dayələri vasitəsilə fransız, rus, ingilis dillərini öyrənir, ədəbiyyat, musiqi, incəsənətlə tanış olur. Mütaliə etməyi çox sevən balaca Ümmülbanunun öz dünyası vardı. O, xəyal qurmağı, sevdiyi bədii əsərlərin qəhrəmanlarını canlandırmağı, gördüyü, ünsiyyətdə olduğu insanları müşahidə etməyi sevərdi. Müəllimlərindən biri bu qızdakı xüsusi bacarığı, fərqliliyi hiss edərək ona deyir: “Sən böyük adam olacaqsan”. Xəyalpərvər bir uşaq olan Ümmülbanu pulun hökmran olduğu, pula pərəstiş olunduğu bir mühitdə böyüyür və kasıb, sadə həyat sürməyin xəyalını qururdu. Qohumlarının pul üstündə etdikləri mübahisələr, onlara qalacaq böyük miqdarda mirasa görə bacılarla evlənməyə can atan zadəgan övladları onda ikrah hissi doğururdu. Özünə qapanan, təkliyə çəkilib saatlarla müxtəlif xəyallara, düşüncələrə dalan Ümmülbanu azad, sərbəst həyat sürməyi, olduğu mühitdən uzaqlaşmağı arzulayırdı. Onun gələcək taleyi isə həqiqətən qəribə, qeyri-adi, bənzərsiz olacaqdı...

Ümmülbanunun böyüməkdə olduğu bu illərdə ölkəmizdə taleyüklü hadisələr baş verirdi. Rusiya imperiyası parçalanır, Azərbaycanda müstəqil demokratik cümhuriyyət qurulur. Xalqın seçilən, əksəriyyəti Avropada və Rusiyada təhsil almış, milli burjuaziyanın nümayəndələri olan şəxsiyyətlərindən ibarət milli hökumət qurulur. Ümmülbanunun atası Mirzə Əsədullayev də bu hökumətin tərkibində təmsil olunur və ticarət naziri vəzifəsini tutur. Lakin müstəqil cümhuriyyətin ömrü uzun sürmür. Rus qoşunları tərəfindən işğal olunan Bakıda milyonçuların, varlıların bütün əmlakı müsadirə olunur, çoxları həbs olunur. Həbs olunanların arasında Ümmülbanunun atası Mirzə Əsədullayev də var idi. Böyük bacıları ölkədən kənarda olan, demək olar ki, taleyin hökmünə buraxılan, milyonlarla pulun rəsmi varisi olan və bir günün içərisində hər şeyini itirən yeniyetmə qız atasının yanına həbsxanaya getməli, saatlarla görüş üçün növbə gözləməli, həyəcanla hadisələrin axarını izləməli idi. Bu illərdə yaşadıqlarını sonralar “Qafqaz günləri” əsərində ətraflı təsvir edən Ümmülbanu atasını həbsdən xilas etmək və onunölkədən çıxmasına kömək etmək üçün sevmədiyi, özündən yaşda çox böyük, lakin nüfuzlu şəxs olan Balabəy Qocayev ilə ailə qurur. Onun köməyi ilə atası həbsən qurtulur, pasport alır və xaircə gedə bilir. Bir müddət sonra Ümmülbani də əri ilə birgə Türkiyəyə köçür, orada ərindən ayrılır və Fransaya ailəsinin yanına gedir. Bu gedişlə o, doğma vətənindən həmişəlik ayrılır və bir daha Bakını görmək ona qismət olmur...

Parisə getməyi xilas olmaq, nəhayət ki, xəyal etdiyi həyatı yaşamaq üçün bir şans kimi görən Ümmülbanu bir müddət ailəsi ilə birgə yaşadıqdan sonra özünə iş tapır və ayrı yaşamağa başlayır. Parisdə maneken, satıcı, tərcüməçi kimi işlərdə çalışır. Bacısı Züleyxa Fransada ispan rəssamla ailə qurur. Parisdə müxtəlif millətlərdən olan kasıb şairlər, rəssamlar və digər sənət adamları onların evinə yığışır, burada sənət və başqa mövzularda söhbətlər, mübahisələr olurdu. Banin də bu məclislərdə iştirak edir, burada gördükləri, eşitdikləri onun dünyagörüşünə təsir edirdi. “Paris günləri” əsərində Banin həyatının bu illərini çox ətraflı şəkildə təsvir edir. Əcnəbi dayələrin himayəsində böyüsə də, müsəlman ailəsində, adət-ənənələrin güclü olduğu şərq şəhərində dünayaya göz açan, uşaqlığını belə mühitdə keçirən Banin Paris mühitində heç də özünü itirmir. Öz həyatını təmin etmək üçün mühacir bir qadının işləyə biləcəyi bir sıra sahələrdə çalışdıqdan sonra həyatını necə davam etdirəcəyi onu narahat edir. Burada qazandığı və əksəriyyəti Rusiyadan olan yaradıcı dostları ona qələmini sınamağı, öz xatirələrini yazmağı məsləhət görürlər. Banin 1945-ci ildə “Nami” adlı ilk əsərini qələmə alır. Bu əsərdə XX əsrin əvvəllərində Bakıda yaşanan və özünün də şahidi olduğu hadisələr təsvir olunur. Lakin bu əsər uğur qazanmır. Buna baxmayaraq,  Banin ruhdan düşmür və 1946-cı ildə onun “Qafqaz günləri” əsəri işıq üzü görür. Bu əsər ona şöhrət gətirir. “Qafqaz günləri”ndəki hadisələr bilavasitə Baninin uşaqlığı və ilk gənclik illərində yaşadıqlarını oxucuya təqdim edir. Bu əsərdə böyük, varlı ailə, dinə, adət-ənənəyə ciddi əməl edən, hökmlü nənə, Avropa, Qərb üslublu təhsilə üstünlük verən, adətlərə qarşı gedərək ikinci dəfə adi ailədən olan, sərbəst həyata üstünlük verən osetin qızı ilə evlənən ata, pul, var-dövlət üstündə daim mübahisə edən qohumlar çox sadə, axıcı, inandırıcı bir dillə təsvir olunur. Qeyd edək ki, Azərbaycan oxucusu ilk dəfə bu əsərlə 1988-ci ildə Hamlet Qocayevin fransız dilindən etdiyi tərcümədə tanış olur. Bu əsərin çapından sonra Banin İvan Bunin, Andre Malro, Ernst Yunger, Mikos Kazantsakis, Anri Monterlen kimi məşhur şəxsiyyətlərin təbrik məktublarını alır.

Bu üç əsərdən sonra Banin Azərbaycan mövzulu əsərlər yazmır. Alman filosofu, yazıçısı Ernst Yungerlə 1943-cü ildən ömrünün sonuna kimi dostluq əlaqələrini davam etdirən Banin bir neçə əsərini ona həsr edir: “Ernst Yungerlə görüş” (1951), “Ernst Yungerin portreti” (1971), “Ernst Yunger müxtəlif simalarda”. Yazıçının 1959-cu ildə nəşr olunan “Mən tiryəki seçdim” əsəri öz adı ilə oxucuları və tənqidçiləri şoka saldı. Kommunistlərin “Din xalq üçün tiryəkdir” sözlərinə cavab olaraq əsərinə bu adı seçmişdi bənzərsiz Banin..

Ümumilikdə 8 roman və 1 povestin müəllifi olan Banin “Sonra” (1961) “Yad Fransa” (1968), “Son ümidin harayı” (1971), “İvan Buninin son höcəti” (1979) əsərlərini də qələmə alıb. Onun son nəşr olunmuş “Mariyanın mənə dedikləri” əsəri ölümündən bir il əvvəl, 1991-ci ildə işıq üzü görür.

Banin (Banine) təxəllüsünü məşhur fransız yazıçısı Jean Paulhahın məsləhəti ilə götürüb.

Baninin məşhur rus yazıçısı, Nobel mükafatı almış ilk rus yazıçısı olan İvan Buninlə şəxsi münasibətləri və bu münasibətlərə həsr olunmuş “Buninin son höcəti” əsəri oxucularda və tədqiqtçılarda daha çox maraq doğurur. Baninin bu məşhur şəxsiyyətlə tanışlığı 13 iyun 1946-cı ildə baş verir. Bunin Baninin şərq gözəlliyinə heyran olur.Banin isə rus ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri ilə dostluq edərkən buna daha çox bu dahi şəxsiyyəti müşahidə etmək, ondan öyrənmək, məsləhət almaq imkanı kimi baxırdı. Bunin Baninə “doğma dildə”, yəni rusca yazmağı məsləhət görürdü. Lakin Banin rus dilini mükəmməl bilsə də, bu dildə yazmaqdan imtina edir və yalnız rus mühacirlər üçün yazmadığını deyirdi.Onlar tez-tez görüşür, bu görüşlər isə daim mübahisələrlə müşayiət olunurdu. Bunin Baninə çoxlu məktublar yazırdı. Bu məktublarda Banini şərq gözəli, qaragözlü ceyran adlandırıdı. Banin isə 75 yaşlı dünya şöhrətli yazıçının hisslərinə qarşılıq vermir. Bunin Baninə özünün iki kitabını hədiyyə edir və birinci kitaba aşağıdakı qeydləri yazır: fransızca “Madam Baninə onun sadiq nökəri Bunindən. 15.04.1946. Paris” və rusca “Bir adamın ürəyi əlindən getdi və o ürəyinə “Əlvida” dedi”. Sədinin məhəbbətə əsir olmuş insan haqqında dediyi sözlər”.

Banin öz qohumlarından başqa azərbaycanlılarla ünsiyyətdə olmur. Uzun illərdən sonra onun Azərbaycandan olan ilk görüşdüyü şəxs Azərbaycan sovet  diplomatı, ictimai xadim, Fransanın Fəxri Legion ordeni ilə təltif olunmuş Ramiz Abutalıbov olur. Ramiz Abutalıbov bu görüşlə bağlı xatirələrində Baninin öz yaşına görə gənc görünən, zövqlə geyinmiş bir qadın olduğunu deyir. Bu görüş Azərbaycan xalçalarının Parisdəki sərgisində baş tutur. Ramiz Abutalıbov özünəməxsus xarakterə malik Baninin bu təklifi qəbul edəcəyinə tam əmin olmasa da, Banin görüşə gəlir. Banin üzərindən uzun illər keçsə də bolşevikləri müqavimətsiz qəbul edən həmvətənlərinə hələ də müəyyən qədər qəzəbli idi. Lakin bütün bunlara baxmayaraq, Banin həmişə hər zaman qürurla məhz azərbaycanlı olduğunu deyirdi. O, Azərbaycanda Qarabağ münaqişəsi başlayan zaman buna biganə qalmamış, Fransanın nüfuzlu  “Le Mond”  qəzetində və “Panorama” jurnalında “Dağlıq Qarabağ” adlı məqalə ilə çıxış etmişdi. Bu məqalədə müəllif haqqında “Azərbaycan tərəfinin mövqeyini azərbaycanlı yazıçı Üm əl-Banu ifadə edir” qeydi yer alırdı. Bu məqalələrdə Banin ermənilərin Qafqaza köçürülməsi tarixindən, daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən söz açır.

Təəssüf ki, Banin haqqında doğma vətənində məlumat azdır. Qeyd etdiyimiz kimi, onun yalnız iki əsəri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub. Bunlar barəsində söz açdığımız “Qafqaz günləri” və “Paris günləri” əsərləridir. Bu əsərlərdəki bəzi məqamlarda ifrata varan realistlik Azərbaycan oxucusunu müəyyən qədər təəccübləndirə, hətta qıcıqlandıra bilər. Lakin Fransa kimi bir ölkədə heç kimi tanımadığı, adını belə eşitmədiyi uzaq Azərbaycandan olan təcrübəsiz yazıçı qadının oxucuların diqqətini cəlb etməsi heç də asan məsələ deyildi. Buna görə də Banin bəlkə də bilərəkdən hadisələri mübaliğəli şəkildə təqdim etmişdir.

Banin bütün əlyazmalarını, məktublarını alman tədqiqatçı Rolf Ştyurmerə vermişdir. Bu qiymətli irsə sahib çıxmaq, araşdırmaq, onları nəşr etdirmək çox vacibdir.Doğrudur, Banini fransız yazıçısı hesab edirlər. O, Buninlə yazışmalarının surətlərini Sovet Mədəniyyət Fonduna vermişdi. Bu gün Baninin kitabları Parisdə nadir kitablardan hesab olunur. Onları mağazalardan əldə etmək mümkün deyil, bukitablaryalnız xüsusi sifariş əsasında nəşr oluna bilər.

Baninə, yumşaq desək, laqeyd münasibətin bir səbəbi də onun dinini dəyişməsidir. Yaxın dostu, məşhur yunan yazıçısı Mikos Kazantsakisin onu bu fikirdən döndərməyə çalışmasına baxmayaraq, Banin xristianlığı qəbul edir. Bu, onun seçimi idi...

Fransada təhsil alan azərbaycanlı tələbə Azər Zeynallı Banin haqqında araşdırmalar aparmış, onun varisi Rolf Ştyurmerlə də görüşmüşdür. Facebook sosial şəbəkəsində Banin haqqında səhifə də yaradan A.Zeynallı bu səhifədə yazıçı ilə bağlı məlumatları, bilinməyən faktları, şəkilləri və s. yerləşdirir.

Bu qəribə taleli, özünəmxsus xarakterə, maraqlı həyat və yaradıcılığa malik olmuş xanımın zəngin ədəbi irsinin öyrənilməsinə ehtiyac var. Onun əsərlərinin tərcümə olunub oxuculara çatdırılması, haqqında yazılması, sənədli film çəkilməsi məqsədəuyğun olardı.

Balaca Ümmulbanu

Ümmulbanu bacıları ilə (şəkildə solda)

                                             Gənc Banin

Banin Parisdə

                                      Gənc Ümmulbanu

Banin ana babası milyonçu Musa Nağıyev

Baninin  ata babası milyonçu Şəmsi Əsədullayev

Ömrün qürub çağı

... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+36=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.033 saniye