Payız
Bəyaz Məmmədova tərəfindən "Digər yazılar" bolməsinə 01:38 05 sentyabr 2014 tarixində əlavə olunmuşdur

            Payız.

            Xəyallarımın payıza daha çox yaraşdığını demişdim?Payızda tökülən yarpaqlar kimi bir-bir tökülən xəyallarım necə də bir-birinə bənzəyir,İlahi.Ovsunlanmış xəyallarım,tilsimlənmiş arzularım və başqa daha nələr,nələr mənim torpaq qoxulu payızıma bənzəyir.Sanki yaranarkən payızdan ilham almış kimi içimə girmiş və bir daha oradan çıxmamışdı.Ona görə bəlkə də payızı çox sevirəm.

Payıza aşiq olmuşdum.Hər gün pəncərədən onu izləyirdim.Yağan yağışının,əsən küləyinin,qoxan torpağının aşiqi idim bəlkə də.Yerə tökülmüş incə ruhlu yarpaqlarının dəlisi idim.Onların xışıltısının vurğunu idim.Əsdikcə küləyi içimdəki o sevgini daha da qaldırırdı.Yağdıqca yağışı gözlərimdəki o yaşı silib aparırdı.Payız mənə yar olmuşdu bir zamanlar.Sevirdim.Etiraf edirəm.Aylarla yolunu gözləyirdim.Ən çox yaz da darıxırdım payız üçün.Bilirsiniz bir az da olsa payıza bənzərliyi var idi.Gözlərim dolardı bəzən.Hər yaz yağışı yağdıqca içimdə xiffət çəkərdim.Payızımın o həlim,ilıq-ilıq yağışını özləyərdim.Baxardım pəncərədən,çəkərdim içimə bütün havanı amma payızımın qoxusunu ala bilməzdim.Darıxardım...Ağlayardım...Bitərdim...

Payızımın yağışından danışsam bir az.Onu hiss etmək üçün hər zaman çölə çıxardım.Çörək almaq bəhanəsi ilə beş dəqiqəlik də olsa onun üstümə yağışını hiss etmək idi məqsəd.Məni islatsa belə,yenicə düzəltdiyim saçlarımı dağıtsa belə dəyərdi.Onun bütünlüklə məni islatmasına dəyərdi.Evə gəldiyim zaman üstümə çökən yağış qoxusu saatlarla üstümdən getməzdi.Bu həzzi heç nəyə dəyişməzdim.Anam bəzən danlayardı.Mənə soyuq dəyəcəyini deyərdi amma inanınbuna da dəyərdi.

Küləyi isti idi amma bir o qədər də sərt idi.Bəzən meh kimi əsəsrdi.Pəncərəmin pərdəsini nazla tərpədərdi.Titrəyərdi...Sanki nəsə deməmək istəyirmiş amma deyə bilmirmiş kimi bir gedib-bir gələrdi.Küləyi nazlı idi...Sakit idi amma içində bir tufan olduğu bəlli idi.Yayda aldığı hərarəti və qışa verəcəyi soyuğu tənzimləyirdi özündə.

Payız sanki incə ruhlu,küsəyən balaca qızcığazdı.Xətrinə dəymək olmaz.Onun yağışınıda,küləyini də qəbul etməliyik.Payız incə qəlblərin,solğun ürəklərin fəslidir.Payız sevgi dolu ruhun təmsildir.Payız sevənlərin və sevilməyə həsrət olanların fəslidi.Sakitdir amma bir o qədər də gözəldir.Payız ayrılıqdan sevgiyə keçid fəslidir.Payız eşqdir və ən əsası fəsillərin ən romantikidir ...

            


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+25=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0254 saniye