Payızda başlayan ömrün payızı...
Bəhram Həsənov tərəfindən "Şeir" bolməsinə 04:42 27 oktyabr 2012 tarixində əlavə olunmuşdur

Payızda başlayan ömrün payızı...

Bu qədər kədərli gəlməmişdi heç...

Payızda başlanan bu dünyamızı

Payız da beləcə görməmişdi heç...

 

O, xəzan gətirir şux təbiyyətə

Ömrümün xəzanı qorxutdu onu...

Xəzan nə tez gəldi bu məhəbbətə

Könül yaşamadı öz duyduğunu....

 

Payız da ağladı bu sevdamıza

Sıxdı buludları, yağış ağladı...

Xəzan gətirənlər bu sevdamıza

Mənim göz yaşıma zərrə baxmadı

 

Hər payız yağışlar bizçün yağacaq...

Silməkçün kədrəri bu sevgimizdən

Bir payız günündə günəş doğacaq

Alıb xoş xəbəri bu sevgimizdən....


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+13=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0222 saniye