pəncərədən baxan gözlər
Nicat Həşimzadə tərəfindən "Şeir" bolməsinə 00:34 13 aprel 2014 tarixində əlavə olunmuşdur

      28 Dekabr  2011- ci  il .  Artıq  6- cı ayın əsgəriyəm. Məzuniyyətə buraxılmışam. Saat 18  : 00  -  da  hərbi   hissəni   bir  daha    ge-ri   dönməmək   istəyi   ilə  tərk   etdim . Çox  gec idi .  Həm   də  yorulmuşdum  .  Dincəl -məyə  ehtiyacım  vardı .   Məcburən   gecəni  Qəbələdə,  qohumlarımın  evində  keçirməli  oldum.

  Əslində hərbi xidmətdə olduğum altı ay ər-zində  bu  evə   gələ   bilməyi  arzulamışam . O da evdə idi. Altı  ay idi  ki , onu  görmür -düm.  İlahi, necə  də sevinirdim. Uzun müd-dət biri– birimizi  görmədiyimizə  baxmaya-raq danışmağa söz tapmırdıq.  Tanrı  ruhları-mızı  sükuta qərq  etmişdi. Lakin bu sükutda    hər  şey vardı :

                               5

kədər , sevinc, həsrət əzabının yaşatdığı bəd-bəxtlik , uzun    ayrılıqdan   sonra   qovuşma  anında  taleyin  sevgililərə  bəxş  etdiyi xoş -bəxtlik , səadət dolu  göz  yaşları , sevgi adlı  bəşəri həqiqətin  dərki , sevgililərin təxəyyül  dünyasına   səyahəti”  Bu  sükutu  təkcə sev-gi dolu həssas qəlblərin həyəcanlı çırpıntıları pozurdu . 

   Nəhayət, səhər açıldı. Mütləq Bakıya get-məliydim .  Dost -  tanışla  vidalaşdım .  Pil-ləkənləri endim, həyətə çıxdım. Onların pən-cərələrinə  baxdım . Onun gözləri  məni mü-şayiət  edirdi , baxışdıq .  Sonra  maşına  əy-ləşdim .  Yenidən pəncərəyə tərəf  baxdım  , onu  görmədim  . Pəncərədən  baxan   gözlər də görünməz  olmuşdu ..


... dəfə oxunub
Qiymət: 7/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
7+5=
Hesaba giriş
Müəllif

Nicat Həşimzadə
Haqqında
gənc yazar , 
Əlaqə
Tel.:
0518589780
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0603 saniye