Proloq
Uraqan tərəfindən "Oçerk" bolməsinə 13:19 22 iyun 2014 tarixində əlavə olunmuşdur

Həyat dolu insanlar idilər. Bir-birilərini daha yaxşı tanımağa sadəcə 2 saatdan da az vaxtları qalmışdı. Bacardıqca bu vaxt ərzində hər şeydən danışdılar. Gələcək planlarından, görəcəyi işlərdən, arzularından, xəyallarından. Kitablardan...

 Artıq dəqiqələr qalırdı. Dəqiqələri sanki, yeni ilə girirmişlər kimi sayırdılar. Elə bil bu yeni ili kədərli bir sevinclə qarşılayırdılar. Bu çox qəribə idi... və ən qəribəsi, 10 dəqiqə sonra ayrılmalı olan insanların heç bitməyəcəkmiş kimi danışmalarında idi...

 Dəqiqələri saymaq, sanki, çox sevdiyin bir kitabın sonuncu səhifələrini vərəqləməyi xatırladırdı. Ancaq tapılmalı olan yeni kitablar hələ qabaqda idi.

 Son yaxınlaşırdı. Artıq sağollaşmalı idilər. Əlvidaya bənzəmirdi. Həmişəlik deyil, hələlik deyə sağollaşdılar...

 Xeyr bu sona bənzəmirdi. Bu sadəcə həmin hekayəyə girişdir olan proqloq idi...

 

 

Yazı tarixi: 22.06.2014

İMZA: Uraqan


... dəfə oxunub
Qiymət: 7/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
7+18=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0488 saniye