Qadın gülüşü (İslam Qədirli)
İslam Qədirli tərəfindən "Şeir" bolməsinə 17:20 17 oktyabr 2016 tarixində əlavə olunmuşdur

Hər şeir bir parça qadın qoxuyur. Qadın hansımıza ilham verməyib? Qarşılıq olmadan de, hansı şair, Gizlidən-gizliyə bir qız sevməyib?   Qadın-bir cahanın daşıyıcısı! Vətənin özü də anadır, ana. Bir gənc ssenarinin tək yazıçısı Hər vərəq, hər sətir borcludur ona!   Bütün xəyalların baş rolu qadın O, həp bir zirvədə dayanacaqdır. Bir gənc izləyəcək onu hər addım, Sevgisin gizlincə yaşadacaqdır!   Hər küskün baxışda min arzu ölür O üz mələklərin üzü deyilmi? Bir qadın güldüsə, bir həyat gülür Qadın yaşamağın özü deyilmi?   Yenə bu payızın simfonyasında Hər nota bir gülüş sədası doğur. Gizlənib bir bənddə, bir misrasında, Hər şeir bir parça qadın qoxuyur!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+29=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.02 saniye