Qadın və cavabsız suallar
Bəyaz Məmmədova tərəfindən "Digər yazılar" bolməsinə 01:29 09 iyul 2014 tarixində əlavə olunmuşdur

                Ah,qadın, özünü bu qədər alçaldacaq qədərmi düşdün?Özünü göylərin yeddinci qatından birinci qatına endirəcək dərəcədəmi zəiflədin?Sən bir zamanlar güclü idin.Sən bir zamanlar mərd idin.Noldu sənə?Deyə bilərsənmi?Gözlərini bağlayıb,gizlənqaç oynayacaq dərəcədə kim aldatdı səni?İndi səndən soruşsalar peşmanmısan?Nə deyəcəksən görəsən?Susarsanmı yoxsa hayqıraraq cavabmı verərsən?Bilirəm hər gecə hıçqıra-hıçqıra ağladığını,bilirəm bütün günü ulduzlara baxaraq yenidən xəyal qurduğunu,bilirəm onu yenidən sevdiyini və mən bir şeyi daha bilirəm.O geri dönməyəcək.Məhkummusan yoxsa məhbus?Dəlimisən yoxsa ağılsız?Qurursuzmusan yoxsa cahil?Söylə hansısan sən?Susma.Danış.Danışmadıqca daha da batacağına əminəm.Səbəbsizcə sevməyin sonunu anladın deyəsən.

                Dünən gizlincə pəncərənə baxdım.Ağlayırdın yenə.Əlində onun bağışladığı əl dəsmalı da var idi.Onu dibinə qədər islatmışdın.Mənim evimdən sənin evin çox aydın görünür.Qorxma həmişə baxmıram.Pis olduğunu eşitdiyim zaman baxırdım.Əllərini dizlərinə çırparaq ağlayacaq qədərmi sevdin onu?Başını tutub silkələyərək qədərmi sevdin onu?Bütün bədənini qısıb bir metrlik yerdə yatacaq qədərmi sevdin onu?Sən niyə sevdin onu?Sən əlində tutduğun islanmış dəsmal kimi islanmısan artıq.Yatdığın bir metrlik yer qədər balacasan artıq.Səni geriyə qaytarmaq necə mümkün olacaq,qadın?Söyləsənə həyatında daha neçə faciələr qaldırmağa hazırsan?Daha kimlər üçün göz yaşı tökəcəksən?Bilirsən bu həyat boş qalmır.Bir balaca xoşbəxtlik olan kimi bədbəxtlik hazırlayır.Növbəti stansiya bədbəxtlik.Bax sən o növbəti stansiyanı keçmisən artıq.Gələcək stansiyada səni nə gözləyir bilmirəm.Bəlkə də xoşbəxtlik gözləyir.Amma unutma sənin həyat stansiyan belə tez bitə bilməz.Xoşbəxtliyinin ardınca bədbəxtlik,bədbəxtliyin ardınca yenə bədbəxtlik gələ bilər.Bunlara da mı dözəcəksən?Onlara da mı ağlayacaqsan?Ağladığın hər damla göz yaşının bədəlini ödəyəcəksənmi?Əslində ağlamaq gözəl deyil.İçindəki pislikləri tökmək gözəldi.Harası gözəldi ağlamağın?Gözlərinin içi qıpqırmızı,altı isə qapqara olur.Elə bil döyüblər səni.Hər dəfə səni həyətdə elə gördükdə səni döydüklərini düşünürəm.Düzdü səni döyüb amma insanlardan biri yox.Səni həyat döyüb,səni talehin döyüb.Bəs sən sən nə vaxt döyəcəksən?Nə vaxt qalib gələcəksən?Ağlayaraq belindən vurulan əsgər olmaqmı?Yoxsa yaxşılıq uğrunda mübarizə apararaq qalib gələn cəngavər olmaqmı?Özün qərar ver...İndi bütün meydan sənindi.Döyüşə hazırsansa başla.Deyilsənsə onsuzda ölmüsən deməkdir ...


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+12=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0437 saniye