Sən çeçenlərdə əsirsən, məzlum, kimsəsiz qadın
Ərini, körpəni, ruslara qurban verdin
Dilində Çeçen marşı, qarşında yetim yurdun
Tənha, soyuq Tundralar, üzündə çil-çil olmuş
Bizdəki yarım iman, səndəki dil, lal olmuş...
Doğu Türküstandakı, məzlum, kimsəsiz qadın
Qəhbə Çin zülmündən, səndə nəsibini aldın
Qıyıq gözlərin ilə, bizlərə baxa qaldın
Çin səddini çəkdirən, o nəsillər el olmuş
Bizdəki yarım iman, səndəki dil lal olmuş...
Azərbaycanda, Xocalıda, məzlum, kimsəsiz qadın
Erməni qətl edincə, bizlər burdayıq sandın
Qarnında körpənlə ölərkən, iki candın
Acı çəkən gözlərin, dərya olmuş, sel olmuş
Bizdəki yarım iman, səndəki dil lal olmuş...
Sən ey Somalidəki, qara, kimsəsiz qadın!
Cəhənnəm istisində, təcavüzə uğradın
Zatən südündə yoxdu, körpənə doymadın
Moğadişu çölündə, cəsədlər yol-yol olmuş
Bizdəki yarım iman, səndəki dil lal olmuş...
Təlafərdə, Kərkükdə, məzlum, kimsəsiz qadın
Neçə quduz itlərin, cəzbinə uğradın
"Qarnımda bicləri var" vurun deyə, yalvardın
Danışar qəriblər, bütün dünyaya dil olmuş
Bizdəki yarım iman, səndəki dil lal olmuş...
Fələstindəki əsir, məzlum, kimsəsiz qadın
Məscidi Əqsa idi, sənin bir tək muradın
Osmanlı yox, ey bacım, ümidlənib aldandın
Osmanlıdan qalanlar, yəhudiyə qul olmuş
Bizdəki yarım iman, səndəki dil lal olmuş...
Bosniyada əsir olan, məzlum, kimsəsiz qadın
İslamı avropada, yaşadarlar mı sandın?
Doqquz yüz üç təcavüz, bir gecədə yaşadın
Saray Bosniya dediyin, saraydan bir çöl olmuş
Bizdəki yarım iman, səndəki dil lal olmuş...
Müəllif: Alpay İlhan Ertaş
Çevirən: Aysel Abdullazadə