Qalaktikanın bir küncü
Peykər İbrahimova tərəfindən "Hekayə" bolməsinə 17:35 18 oktyabr 2015 tarixində əlavə olunmuşdur

 “Dəyişdirə bilməyəcəyindən faydalan.”

Bu sözləri həyatda əsas prinsipə çevirməyimdən keçən müddət barmaqla sayılmağı çoxdan keçib.Ancaq ifadəyə baxış bucağım dəyişib.Əvvəllər hamının sözləri görüb onlardan mənim kimi faydalanmaqlarını istəyirdim.Sonra başa düşdüm ki,hər insanın həyatında onun üçün xüsusi əhəmiyyətə malik və bir cümləylə ifadə edə biləcək hekayəsi olmalıdır.Siz onlara nə qədər kömək etməyə calışırsınızsa calışın hamı ancaq ifadəni görəcək hekayəni yox.Çünki bu hekayənin hamı üçün özü tərəfindən yazılması məcburidir.Başqa sözlə desək,hamı həyatında heç olmasa bir dəfə öz hekayəsini qələmə alıb özünə oxumalıdır.Bu cür hekayələr isə,təkayə (yəni tək adama məxsus hekayə) adlanır.Mən də öz təkayəmin məğzini ifadə edən cümləyə iş otağımda yer verdim və onu ancaq qaranlıqda görməyin mümkün olacağı bir hala gətirdim.Bir çox insanin bacara bilməyəcəyi bir işin öhdəsindən gəlmişəm və bu qədər eqoistlik də mənim özümə hədiyyəm olsun.Məncə insanın öhdəsindən gələ bilməyəcəyi bir şey mövcud deyil.İnsan xəyallarının reallığa çevrildiyi yerdə xoşbəxtdir.Mənim xoşbəxtliyim isə yaşadığım Yerdən 13 işıq ili uzaqlıqdakı Medalyon planetində oldu.Yer kürəsindəkilər bura hansısa elmi adı veriblər amma mən bu adı daha çox sevib qəbul etmişəm və bu planetdəki bir çox dostum da buranı belə adlandırır.Əslində mən yer kürəsindən buraya gələn ilk insanlardanam.Quruluş baxımından yer kürəsindən heç nəyi ilə fərqlənmir.Yemək ,su hava demək olar ki eynidir.Müxtəlif meyvə, tərəvəz , heyvanlar burda müxtəlif adlarda planetimizdə olduqları kimi mövcuddurlar.Ancaq burda insanlar əsas etibarilə bitki mənşəli qidalara üstünlük verirlər.Heyvan qidaları qəbul edənlər əsasən mənim kimi Yer`dən olan sakinlərdir.

Planetə gəlməyimdə işsizliyimin əsas rol oynadığını deməliyəm.Iki universiteti kifayət qədər yaxşı nəticələrlə bitirib işsiz qaldıqda çıxış yolu axtarırdım.Cavabsız iş axtarmalar,daimi olmayan və oxumağıma heç də layiq olmayan işlərdə işləmək məni lap təngə gətirmşdi.Insanı irəli addım atmağa təhrik edən bir qüvvə də unudulmuşluqdur.Çünki bizlər başqaları varlığımızı unudanda öz mövcudiyyətimizi xatırlayırıq.Hər şeydən əlimi çəkdiyim bir vaxtda indiki yaşadığım planet haqqında xəbərlərdə eşitdim.Planetdə həyat üçün lazımi bütün şəraitin olduğu sübuta yetirilmişdi.İndi isə ora getmək üçün könüllülər axtarırdılar. Mənim üçün o dünyaya getmək vaxtı çatmışdı.Əslində, sözün əsil mənasında o dünya çünki, geri dönüşü olmayan bir yol idi.Heç vaxt yer üzünə qayıtmamaq fikrindəydim.Bu,həm mənim qəbul etdiyim qərar idi,həm də planetə getmək istəyənlərin qol çəkəcəyi müavilədə əks olunmuşdu.Səbəb isə,geriyə qayıtmağın mümkün olub olmamağının məlum olmaması göstərilmişdi.Müqavilədə planetə sağ-salamat çatanlardan şəkillər göndərmək tələbi əks olunmuş bənd də vardı.Kiminsə bənddə tələb olunanı yerinə gətirəcəyini düşünmürdüm.

Bir iki macərapərəsti çıxmaqla,getməyə könüllü olanların hamısı qaçıb getməyə yer axtaranlardan ibarət idi.Hər kəs özlüyündə yerinə yetirilməsi qeyri- mümkün olan tapşırığa qoşulduqlarını dərk edirdi.Çünki elm, texnologiya nə qədər inkişaf etsə də insan faktorunu yaddan çıxarmaq olmaz.Məhz bu səbəbdən planetə ilk göndərilərdən çoxu həyəcanın qurbanı olub yolun yarısında üçüncü bir dünyaya köçdülər.Beləliklə planetə çatana qədər yol yoldaşlarımın əksəriyyəti üçüncü dünyaya keçdi.İkinci dünyaya vur-tut 4 nəfər çata bildik.Yadımdadır, yeni torpağa ayağımızın dəyməsindən çox qısa bir müddət keçmiş planet sakinləri bizə yaxınlaşdı. Onlar və biz görünüşcə eyni idik.Hətta ,sağ qalan macərapərəstlərdən biri bizi başqa planet adı altında elə yer kürəsinin özündə bir məkana göndərdiklərini qəzəblə qışqırmışdı. Lakin onlar da, biz də bir-birimizin danışdığı dilləri başa düşə bilmirdik. Dil problemimizi yüksək elmi inkişaf həll etdi .İkinci dünyadakılar bizə onların planetlərində yaşaya biləcəyimizi ya da istəsək Yerə qayıtmağa kömək edəcəklərini dedilər.Qalmağa təkcə mən razılıq verdim.Çünki istədiyim sonuncu şey işsiz qalacağım dünyaya qayıtmaq idi.Kiməsə qəribə gələ bilər işsizliyə görə başqa planetə getməyə razılıq vermək ,ancaq bunu adi qarşılayanların olacağına da inanıram.Başqalarının fikirlərinə hörmət əlaməti olaraq qulaq asıramsa, onlara əhəmiyyət verdiyim mənasına gəlmir. Medalyonda keçirdiyim ilk bir ay çox çətin keçdi mənim üçün.Təbii olaraq planet sakinləri tərəfindən müxtəlif cihazlarda yoxlanıldım.Mənim haqqımda öyrənmək istədiklərinə (bu halda yadplanetli oluram) görə onları kim qınaya bilər ki ?!Qısa müddətdə mənə öz dillərində danışmağı və yazmağı öyrətdilər.Daha sonra Medalyondakı şüurlu varlıqlar da daxil olmaqla ,canlı və cansızlar barədə bacardığım qədər məlumat əldə etdim.Mən də bu planetdəki digər şüurlu məxluqlardan fərqlənmirdim.İki il ərzində planetə tamamilə uyğunlaşmışdım.Medalyondakıların xoş xasiyyətlərini heç vaxt unutmaram.Mənə bu qədər uzun müddət planetlərində qalmaqlarına icazə verməklərindən tutmuş,planetləri haqqında məlumat öyrətmələrinə qədər hər şey bir təşəkkür səbəbi idi.Lakin onların da qaydaları vardı və iki ilin sonunda bu qaydalar barədə öyrəndim. Qarşımda iki seçim vardı: Birincisi zəhmətdən qaçmaq ,ikincisi rahatçılığı qovalamaq idi.Hər biri haqqında da ətraflı məlumat verdilər.Mən də ümumi bir neçə kəlimə ilə təsvir edirəm hər ikisini; Əgər mən zəhmətdən qaçmağı seçsəydim,onda kiçik bir otağım,yaşamağa bəs edəcək qədər ərzağım və bunları almağa çatacaq işim olacaqdı.Eyni zamanda xəyaloqrafiya adlndırdıqları cihaz da bütün zəhmətdən qaçanlara verilirdi.Qurğu hədəflərinizi,məqsədlərinizi danışdığınız və onu bir saatlığa da olsa reallaşmasını mümkün edən cihaz idi. Cihazın məqsədi insanları rahatlığı qovmağa sövq etmək olmasına baxmyaraq Medalyon sakinlərindən xəyallarını bir saatlığa da olsa yaşamağa həvəsli olanlar kifayət qədərdir.


Digər qrup rahatçılığı qovanlar isə ,birinci qrupun əksinə əziyyətlərinin qarşılıqlarını alacaqlarını bildiklərinə görə çox çalışmağa razı olan varlıqlar idi.Onları həmişə hər yerdə özündən əmin yeriməklərindən və üzlərindəki məmnun təbəssümdən tanımaq olardı.Onlara həm özləri həm də digər qrupdakılar böyük hörmətlə yanaşırdılar.Lakin rahatlığı qovanlar bundan heç vaxt lovğalanmazdılar.Bu ,bütün planetdə ən xoşagəlməz davranışlardan biri sayılırdı.


Hər iki qrupdan digərinə keçmək istəyənlər həmişə mövcud olub və indinin özündə də mövcuddur.

İki il ərzində hər iki qrupdan çoxlu sayda tanışlarım olmuşdu.Onlar öz qrupları,mənsub olduqları cəmiyyətin çətinlikləri və üstünlükləri haqqında o qədər danışmışdılar ki,hərdən dilemmada qalırdım.Seçmək vaxtı gələndə heç düşünmədən rahatçılığı qovmağı seçdim.Çünki yaşadığım zaman kəsiyi ərzindəki işim məhz bu idi.İndi isə qarşılığının olacağına lap etalon çəki vahidləri ilə ölçülmüş qədər inanırdım.Nəhayət istədiyim uğurları əldə etdim.

Çətinliklər,hədəflərimizlə paradoks təşkil edən şərait həmişə mövcuddur və hamı üçün mənim kimi xəyallarına çata biləcəyi başqa planet mövcud deyil.Bir yol var o da rahatçılığı qovmaq.Məqsədlərinə nail olmaq istəyənlər üçün başqa yol yoxdur.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+9=
Hesaba giriş
Müəllif

Peykər İbrahimova
Haqqında
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində təhsil almışam. Yazıram,çünki,yazmaq-bütün dünyanı,problemləri arxada qoymaqdır.Yazıram çünki,hərf,söz və cümlələrdən ibarət bir dünya daha maraqlı görünür.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0345 saniye