Qan (4.bölüm)
Alçin Doqquz tərəfindən "Hekayə" bolməsinə 02:01 01 aprel 2015 tarixində əlavə olunmuşdur

Peter bizə yaşamaq ümid vermişdi. Ondan eşitidklərimizdən sonra ilk dəfə gecəni ümidlə yatdıq. İnsanlıgın yeni bir ümidi ilə. Rahat yaşaya biləcəyimiz ümidi ilə....

*************************
Peterin dedikləri 
*************************

Amerika 1990 cı illərin sonundan belə bir hala , və başqa dünyanın sonunu gətirəcək vəziyyətlərə çıxış üçün Las Vegas yaxınlarında bir ərazidə insanların qorunması üçün bir yer yaratmışdı. Area 51 adlanan bir sahə , deyilənə görə Ufo , səma cisimləri , təcrübələr ərazisi idi. Lakin həmin hissənin altında. Yüzlərcə metr dərinlikdə böyük bir sığınacaq var idi. İçində tonlarla ərzaq olan bu güvənli hissə deməy olar işlədilmirdi və dünyanın sonuna hazırlanırdı. Üstündə isə deyildiyi kimi testlər və təcrübələr sahəsi idi. Bu zombi hücumundan sonra Peterin Amerikadaki dostları ora getdiyi barədə məlumatlanmışdı. Orada həmçinin virus dərmanı ilə baglı aradşırmalarda gedir. Və bəlkədə virusun dərmanı artıq tapılmışdı.

Bizim də içimizdəki ümid bu idi. Ora gedib çatmalı idik. Peter özü getmək istəmirdi. İnanmırdı buna. Artıq oranın dagıldıgını düşünürdü. Bizim ümidim isə qalmışdı. Ora gedəcəkdik.

Səhər Peterin ərzaq dolu deposundan qəşəng bir qəlyənaltı etdik. Düz 2 həftədi belə yemək yemirdim. Ancaq dükan zir zibilləri ilə qidalanırdıq. Yemək sonrası yavaş yavaş yola düşürdük. Peterə yenə də bizimlə gəlməyi təklif etdik ama istəmədi.

Artıq Gəmiyə hazırlıqları görürdük. Elmar gəmidən anlayırdı. Çox kiçik ama sürətli olanı seçmişdik. Amerikaya dogru yolçuluq başlamışdı. Dəniz adamı bir təhər edirdi. İlk dəfə minəndə adamı sallayıb qusdurur. Hələ belə sürətli olanı.

******************************

son bir neçə saatı yagışlı tufandan güclə qurtularaq Amerika sahillərinə çatdıq. Artıq quru görsənirdi. 20 dəqiqə ərzində qayıgı kənara çıxardıb maşın axtarışına başladıq. Ama gecə oldugu üçün əvvəlcə qalmaga yer tapmaq daha vacib idi. Cənubi Karolinada olan zombinin az oldugu bir ərzidə yaşayış binasında idik. Binanı yoxlayıb içəridə nəsə olmadıgından əmin olduq. Sonra növbə ilə keşik çəkərək səhəri gözlədik. Səhər yorgun halda küçədə tapdıgımız Ford və Jeeplə Nevada ştatında Las Vegas yaxınlarına dogru yola düşdük. Gedəcəyimiz yer Las Vegasdan 153 km uzaqlıqda və Rachel qəsəbəsinin yanında idi. Ştatlardan keçərkən dünyanın ən yaxşı ölkələrindən birinin necə günə düşdüyünü görmək də biraz qəribə hiss etdirirdi. Böyük binalar inkişaf etmiş yerlər dagınıq idi. Amerikada ştatlar arası yollarda çöllük odlugundan əsasən zombi az idi. Çoxlugu iri şəhərlərə toplaşmışdı. Area 51 də çöllükdə oldugu və yüksək səviyyəli hasarlarla örtlüü oldugu üçün rahat idik. Peter demişdi ki ora girənə ölüm hökmü var və hətta ABŞ prezidenti belə xüsusi icazə ilə girir. ABŞ prezidenti belə icazə alırsa zombi ora necə girəcək ?! Ancaq bu uzun yollar adamı bezidirirdi. Eyni çölü nə qədər görmək olar. 7-8 saat sonrası artıq Nevada ştatı lövhələri görünməyə başladı. Həyəcanları artırdı. Artdıqca sevinirdilər. Uşaqlar artıq nə görəcəkləri üçün həyəcanlanırdılar. Nə ola bilər ? Gözəl bir yer ? insan dolu məkan ? ya zombiləin dagıtdıgı sökük bir yer ? Artıq Rachel qəsəbəsini keçdik. "Area 51 Giriş qadagandır" tipli lövhələr çıxmaga başladı. Yol əyri yollarla gedirdi. Və qarşımıza ilk hasar çıxdı. Setka hasarı götürdüyümüz qıfıl qıranla açdıq və içəri girdik. Buna sevindik əslində , bu o demək idi ki bura zombilər gəlməyib hələ də içəri də yaşayış ola bilər. Ümidimiz çoxalmışdı. Daha 2-3 setka hasarı aşanda artıq Kiçik , kiçik anbarlar görünməyə başladı. Təyyarələr , uçan boşqab formalı cisimləri ilk dəfə bu qədər yaxındna görürdük. Burada anbar və bina çox idi. Biz mərkəzdəki və böyük binanın əsas oldugunu düşünərək birbaşa ona yaxınlaşdıq. Maşınlar dayandı və yavaşca düşdük. Ətrafda səssizlik idi. Biz binaya yaxınlaşdıq qalın dəmir qapını aça bilməzdik yəqinki. Ama qəribəsi bundan sonra başladı. Əvvəlcə kamera hərəkət etdi daha sonra qapılar açıldı. Qapılar açılar açılmaz 4-5 əsgər əlıərində silah yaxınlaşdı və bizdə istər istəməz sevinc yarandı. Bacarmışdıq. Dogurdanda yaşayış olan yerə çatmışdıq. Əsgərlər uşaqlardan silahları endirməyi istədi və bizi yoxlayıb içəri aldılar. Qapılar yenidən baglandı. Biz birinci 3-4 hissəli yerdən yoxlanışdan keçdik. Sonra 3-4 nəfər gəldi. Biz danışmaga başalayn kimi bir nəfər "Azerbaijan " dedi və keçəl bir şəxs Azərbaycanlı səfir və tərcüməçini gətirin dedi. İçəri girən1 bıglı kişi və cavan qadın keçəl kişidən azərbaycanlı odlugumuzu sorşub danışmaga başladı

- Salam uşaqlar sizi gördüyümə necə də şadam. Şükür ki həmvətənlərimdən hələdə yaşayanlar var. Çox sevindim gəlməyinizə. İndi sizi son tibbi müayinədən də keçirib Digər azərbaycan kaloniyasının yanına göndərəcəyik.

Bizdə təəccüb və sevinc yarandı. Burada azərbaycanlılar varmış Həyat varmış Çox sevinirdik. Adlarımızı qeydiyyat apardılar və yoxlanışa girdik. Artıq hamımız çıxmışdıq və duşdan da təmiz idik. Son olaraq Raufu gözləyirdik. Amma Raufda problem yaranmışdı. Səfir biz dogru gəldi və başını aşagı salaraq kədərli halda dedi. Təəssüf edirəm uşaqlar. O öləcək.

- Necə yəni ? niyə ?
+ virusludu 
- Ola bilməz axı zombi dişləmiyib
+ Uşaqlar çox filmə baxırsınız. Zombi dişləməsə belə qanından suyundan keçə bilir virus. Amma dişləmə müddətinə nisbəətn daha gec zombiləşir. Bəxtiniz gətirib ki sizin yanınzda olmayıb.

Biz pis olmuşduq ama edəəcyimiz heçnə yox idi. Onu duşda bayıldıb apardılar. Bikef halda Səfir və tərcüməçi ilə otaqlardan keçib əsas hissəyə daxil olduq. İnana bilmirdim. Bəlkədə 30 mərtəbə dərinlyiində bir yer , hər yerə pilləkənlər liftlər var idi. Hər hissədə bayraqlarla ölkələrin kaloniyası asılmışdı. Burda nə baş verəcəkdi bizi dşüündürən o idi....

 

(ardı 5 ci bölümdə ) 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+22=
Hesaba giriş
Müəllif

Alçin Doqquz
Haqqında
ADU tələbəsi. Graffiti , Rap , Hip-Hop.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0266 saniye