Qara qara qarışqalar
Mədinə Amir tərəfindən "Hekayə" bolməsinə 13:36 28 avqust 2018 tarixində əlavə olunmuşdur

Qara qara qarışqalar
Kəpənəyi neylədiniz
Toplaşdınız top oldunuz
Qanad qanad qopardınız
Daşıdınız apardınız
Kəpənəyi neylədiniz?

Ayrıldı gün işığından

Sıyrıldı göy qurşağından

Qulağım batdı tutuldu

Güllərin qışqırığından

Kəpənəyi neylədiniz?

Dərdi düşər ağızlara
Haraylar çağırar sizi
Nə yedirər doyuzdurar
Nə qışdan cıxarar sizi
Kəpənəyi neylədiniz ?

   Əvvəllər qarışqaları evdən tərk etmək üçün müxtəlif vasitələrə əl atırdım məsələn: bütün evi duzlu suya qərq edirdim, quruyandan sonra hər yer qar kimi görünürdü. Sonra gördüyüm işi təmizləməli olur, nəticə əldə etmirdim. Bir dəfə sirkəli su tökdüm, bir dəfə limon sıxdım, bir dəfə... eh daha nə deyim əlac olmadı ki, olmadı. Sonralar bu qarışqalara öyrəşdim və onları da artıq evin sakinləri kimi qəbul elədim...

    Hardasa 1 həftə əvvəl qarışqalardan birini xilas da eləmişəm. Hadisə necə oldu onu izah edim. Bir gün ağ rəngli, üzərində yumru, qırmızı dairələri olan çaydanımı su ilə doldurdum ki, bir mixəkli və ətirşah gülünün yarpağından çay dəmləyim. Çaydanı qazın üzərinə qoydum, o biri otağa keçirdim, amma ayaq saxladım, çaydanın qapağı üzərində o tərəf bu tərəfə qaçan qara nöqtə görmüşdüm. İlahi bu mənim qarışqalarımdan biri idi. Təsəvvür edin fikirləşdim onu xilas etməsəm böyük günah işlətmiş olacam, gözümün önünə gətirəndə vahimləndim, qapağın üzərində qıvrılıb qalmış bir cəsəd... O anda gözümün önünə istidən ölən insanlar gəldi, hətta o qarışqanın yerində özümü təsəvvür elədim. Tez tərpənib onu əlimə aldım və su damlası olan yerə qoydum. Təsəvvür edin qarışqa balaca ayaqlarını suya saldı və hətta bir damla da özüylə götürdü. O an necə sevinirdim bir qarışqa xilas etmişəm, öz özümə düşünürdüm necə gözəl iş tutdum.

     İndi onların yuvalarının önünə 2 tikə qənd qoymuşam, 2 həftə olacaq o qəndi hələ də bitirməyiblər. Səhər yeməyində də süfrədə olurlar artıq onlara belə deyək öyrəşmişəm..Hərdən də Ramiz Rövşənin qara qara qarışqalar şeirinə, Vidadi Hüseynovun ifasında qulaq asıram. Düşüncələrə dalıram, axı onlar da bizim kimi sağ qalmaq üçün çarpışan valıqlardır...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+19=
Hesaba giriş
Müəllif

Mədinə Amir
Haqqında
2009-2015-ci illərdə AzMİU-da bakalavr və magistr təhsili alıb, mühəndisdir. Hal-hazırda ixtisas üzrə müəllim işləyir. 2018-ci ilin mart ayından MAKA-da doktorant olaraq təhsilini davam etdirir. Kumiri- Aqata Kristi. Əlavə məşğuliyyəti-həvəskar rəssam.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.042 saniye