Qarabağ Azərbaycandır!
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 00:54 21 oktyabr 2020 tarixində əlavə olunmuşdur

İlham yönün seçdi qəti
Haqq yolu xalqın qisməti
Səsləndirdi həqiqəti
Qarabağ Azərbaycandır!

Aşdıq daşı, aşdıq dağı
Qorxusundan qaçdı yağı
Ucaltmışıq hür bayrağı
Qarabağ Azərbaycandır!

Uzun yollar keçib gəldik
Şəhidliyi seçıb gəldik
Bayrağa and içıb gəldik
Qarabağ Azərbaycandır!

Neçə aya, neçə ilə
Səs saldıq biz yurda, elə
Damarda qan dönsə selə
Qarabağ Azərbaycandır!

Vətən övlad ayırmadı
Soyu namus, şərəf adı
Viran eləmişik yadı
Qarabağ Azərbaycandır!

Xəbərim var hər ayından
Araz çayın o tayından
İgidlərin harayından
Qarabağ Azərbaycandır!

Hər yanda var igidlərin
Sağın isti, solun sərin
Şahid durub Xudafərin
Qarabağ Azərbaycandır!

Tarixdən çox danışdılar
Yalanlarla alışdılar
Gizlətməyə çalışdılar
Qarabağ Azərbaycandır!

Düşmən çaşdı düzün dedi
Yalanların yüzün dedi
Baş komandan sözün dedi
Qarabağ Azərbaycandır! 

İki bayraq dalğalandı
İki dövlət bir oyandı
Dəfələrlə sadalandı
Qarabağ Azərbaycandır!

Haqq yoluna iman etdik
İllər boyu güman etdik
Həgiqəti bəyan etdik
Qarabağ Azərbaycandır!

Müəllif: Tural Rəhmanlı

19.10.2020


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+7=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0224 saniye