Qarabasmalar və kabuslar
Səbinə Həmzəyeva tərəfindən "Digər yazılar" bolməsinə 05:05 28 may 2012 tarixində əlavə olunmuşdur

Hamıya tanış olan,hətta adı çəkiləndə belə bəzilərinin tüklərini biz-biz edən qarabasmalar mövzusunu təsadüfdən seçməmişəm.İnanıram ki,qarabasmalardan qorxan insanlar ən azı mənim qədər onlar haqqında maraqlanırlar,onların necə vəziyyətdə peyda olmasını göstərən faktlar gəzirlər.Əlbəttə,oxuyanların marağını,həyəcanını biraz da artırmaq istərdim.Onun üçün də yazdıqlarımı diqqətlə oxumanızı tövsiyyə edirəm.Sizi düşündürən sual:Qarabasma nədir?

Qarabasma yuxu iflicidir.İnsanlar gördükləri yuxu əsnasında göz və tənəffüs əzələləri xaricində tamamilə fizioloji bir iflic vəziyyətində olurlar.Bəzən yuxudan oyananda ətrafın fərqində olduğumuz halda belə hərəkət edə və səs çıxara bilmirik,sinəmizin üzərində bir varlıq varmış kimi hiss edirik özümüzü.Elə insanlar var ki,qarabasmaların,ruhların varlığını danırlar,bunun sadəcə bir fərziyyə kimi irəli sürüldüyü qənaətinə gəlirlər.Amma bir çox dəlil və sübutların,əksər insanların qarabasmalarla bağlı hadisələrin şahidi olduğunu düşünsək bu mistikaya edilən etirazlara yer qalmır.

Bir neçə müsahibimlə qarabasmalar barədə söhbət etdikdə onlardan bəzisi həqiqətən qarabasmaların olduğuna inanır,bəzisi isə bunların uydurma olduğunu deyir və inkar edirlər.Çox uzağa getmək istəmirəm.Mən özüm də dəfələrlə qarabasmalarla rastlaşmışam.Bir dəfə valideynlərim işlə əlaqədar evdən getməli olmuşdular.Məndə evdə tək idim.Kitab götürdüm ki,oxuyum.Kitabı sessizcə oxumağa başladım.Evimiz qəribə bir sükutluğa qərq olmuşdu.Həmin an qulağıma sanki insan nəfəs alırmış kimi bir səs gəldi.Sonra elə bil iki nəfər pıçıltıyla biri-birilərinə nəsə danışırdılar.Düzü çox qorxmuşdum.Belə hadisələrlə qarşılaşanda adətim idi ki,qaçaraq evin qapısını taybatay açıb elə o vəziyyətdə də qoyum,taa ki, valdeynlərim gələnə kimi.Yeqin bu tek olub,özümü qorxudmağımdan irəli gəlirdi.Başqa bir hadisə.Bir dəfə də gecə yarısı otağımda işığı söndürüb antenn radioda musiqi dinləyirdim.Yuxum gəlmirdi.Nəzərlərimi şüşəli qapıya tərəf yönəltdim.Nəhayət musiqi bitdikdən sonra qorxunc sesli bir verlişin teqdimatı getdi.Adı "Dəhşət" idi.Burada ancaq ruhlardan, qarabasmalardan danışırdılar.Doğurdanda çox qorxulu bir verliş idi.Qorxmağıma baxmayaraq menim üçün ən maraqlısı idi.Verliş gedə-gedə öz-özümə fikirləsdim ki,qapıya tərəf baxsam yəqin mən də nəsə görəcəm.Düzü 15-20 deqiqə gözlədim.Amma yenə də inadımdan əl çəkmirdim.Sanki ürəyimdə bir səs deyirdi ki,gözlə görəcəksən.Hətta bunu yazanda belə əllərim əsir,üşütmə gəlir qorxudan.Həmin vaxt gördüm ki,qapının qarşısından mətbəxə tərəf kölgə keçdi.Düşündüm ki,atamdı.Amma bir səs belə gəlmirdi,hətta ayaq səsləri də.Get-gedə qorxmağa başladım.Qorxudan ayağa durmağa cəsarətim qalmamışdı.Amma birtəhər qalxıb mətbəxə tərəf getdim.Orada kimsənin olmadığını görəndə təəccübləndim.Sonradan bunun qarabasma olduğunu anladım.

Adətən nəsə görəndə və ya hiss edəndə özümüzü qorxuduruq və qorxduğumuz bizi anbaan izləməyə başlayır günlərlə.Ona görə də heç vaxt qaranlıqda nabələd yerlərdə,yad evdə emosiyalarınızı gərginləşdirib,gözlərinizi qaranlığa dikib nayisı görməyə,hiss etməyə çalışmayın.Bu cür gərgin vəziyyətlərdə hər xırda kölgə,səs hətta öz nəfəsinizdə sizi qorxudub çaşdıra bilər.Əksər hallarda kimlərəsə qarabasmalar və kabuslar haqqında danışdıqda qarşımızdakı əsəblərimizin yerində olmadığını,psixoloji gərginlik keçiridyimizi,eləcə də uydurmaya əl atdığımzı düşünür.

Adi ruhlardan fərqli olaraq kabuslara daha çox qəddarlıqla öldürülən,edam edilən və intihar edənlərin ruhu çevrilir.Dünayda kabus və qarabasmalar ilə məşhur olan məkanlar,qəsrlər çoxdur.Məsələn:İngiltərənin Seldson Park Hotelində gecələr boz paltarlı qadın görünür.Qadın enli divarları yarıb keçir və böyük pəncərənin qarşısında əriyir.Deyilənlərə görə bu qadın Tüdor ailəsinə məxsus malikanədə qulluqçu olub,sahibinin oğlu ilə sevgi macərasından hamilə qalır.Lakin gənc oğlan ondan üz çevirir.qız isə özünü həmin otağın pəncərəsindən atıb intihar edir.Bunun kimi faktları aramaqla bitməz.Araşdırdıqca kökünün qədim zamanlara gedib çıxdığı aydın olur.Əgər keçmişdə kabuslar daha çox meşələrdə,qəsrlərdə,insan ayağı dəyməyən yerlərdə olurdularsa indi onları ticarət mərkəzlərində,parklarda da görmək mümkündür.Çox vaxt kabuslar(ruhlar) bədbəxt hadisəni bildirmək üçün peyda olurlar.

Deyirlər ki,əgər təzə evə köçürsənsə mütləq oraya birinci pişiyi göndərməlisən.Əgər pişik evə girməzsə sanki kiminsə üstünə hücum edəcəkmiş kiminvəziyyət alıb evdən uzaqlaşarsa onda o evdən şübhələnməyə dəyər.Belə vəziyyətlərə inanmasaqda həqiqətən kabuslar,ruhlar,qarabasmalar mövcuddur.Lakin her şeydəndə uca başımızın üstündə uca Tanrı dayanır.


... dəfə oxunub
Qiymət: 8/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
3+20=
Hesaba giriş
Müəllif

Səbinə Həmzəyeva
Haqqında
Baki Slavyan universitetinin jurnalistika fakultesinde tehsil aliram.Yazmagi cox sevirem baxmayaraq ki evveller hec xosum gelmirdi yazi yazmaqdan.Mene bunu sevdirende ele bu senetim oldu
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0318 saniye