Qarındeşən Jack yaxşı kişi olub
Yusifli N. tərəfindən "Hekayə" bolməsinə 02:25 07 aprel 2015 tarixində əlavə olunmuşdur

Qəribə olan budur ki , dünyaya gəlməyi biz seçməmişik. Bu qədər çətin həyat keçirməyim qəribə deyil. - dedi küçədə yaşayan evsiz kişi - Hər şeyə yaxşı tərəfindən baxmağa çalışıram , amma , yaxşı olan heçnə yoxdur. Ən azından çalışıram. Nə olar ki? Kişinin başına iş gələr də !

Bəzən hava yaxşı olanda , küçədə olmağı sevirəm hətta. İnsanları da sevməyə çalışmışam , amma , seviləsi bir yanları yoxdur. Bu da  mənim pis cəhətimdir. Yanımdan qorxa-qorxa keçənlər də var. Başqa nə cür olmalıdır ki? Kişi gərək biraz qorxuducu olsun da. Yumruğunu stola vuranda səssizlik olsun. Gəl ki , yumruğumu vurmağa stolum da yoxdu.

Bu şəhər mənim evimdir. Pis də olsa , yaxşı da olsa. Guya başqa şəhərə getmək şansım var.

 Hər gün bu küçədən min cürə adam keçir. Siqaret və yemək pulu istəməkdən başqa  bir nəfərlə bir kəlmə kəsməmişəm. Ünsiyyət quran adam deyiləme ona görə. Yoxsa nəyimə lazım bütün günü tək keçirmək?

İndi danışdıqca hiss etdim ki, az da olsa sevirəm buraları. Hə , gərək nəyəsə bağlanasan. Amma insanlara yox. Dostun olsune , demirəm olmasın. Kişinin gərək yaxşı dostları olsun , amma , hər yoldaşına dost deməsin. Hə , mənimdə tək dostum o pişikdir. Bax , yolu keçir ha , o.  Şair yaxşı deyib : insanları tanıdıqca , heyvanları sevirəm. Məndədə o məsəldir.

Bir kəlmə də danışmırsan nə olub? O qədər danışıram ki, sənə imkan vermirəm hə ? . Eybi yoxdur görürəm dinləməyi sevirsən. Buradan narahat görünmürsən. Qulaq as , dünən biri gəlib deyir ki , "çirk içindəsən pis qoxu gəlir səndən. Ağ köynəyin olub qapqara. Get başqa yerdə otur iyidən dayana bilmirik." Mən buna nə deyim? İnsanların qəlbləri qapqaradı , sən ona diqqət elə. Mənim qaralmış köynəyimdən sənə zərər gəlməz.  Belələrini gördükcə düşünürəm ki, qarındeşən Jack yaxşı kişi olub.

Küçədə səfil həyat sürən bu kişi bir neçə il əvvəl sayıb-sayılan , savadlı bir  insan olub. Yaxşı işi var idi. Ailəsi və xoşbəxtliyi. Qızının ölümündən sonra bəzi psixi problemlər yaşadığı üçün əvvəlcə işdən qovulmuşdu. Həyat yoldaşı ``Həm evə pul gətirmirsən həm də mənə bir xeyirin yoxdur. Dəli hərləyən deyiləm ki?.`` deyərək  , kişini aparıb psixi xəstəxanaya qoymuşdu. Sonra da boşanıb imkanlı bir kişi ilə yuva qurub başqa ölkəyə getmişdi. Kişi də xəstəxanadan qaçıb küçələrdə yaşamağa başlamışdı. Xəstəxanadan qaçdığı 2 yada 3 həftə olardı.

-Bax belə.. bayaqdan danışıram. Səndə din də. Cavab ver görüm insanlar niyə hər şeyin qiymətini bilir ? Dəyərini bilmək daha yaxşı deyilmi ?
Bu an iki nəfər arxadan gəlib qoluna girdi kişinin. Zorla maşına tərəf dartırdılar. Kişi qışqırdı , gözündən yaşlar töküldü , sonra özündən getdi.
Gözünü açdı ki , bir otaqdadır. İçəri ağ önlük geyən biri girdi. Həkim idi.  Biraz yoxlanış etdikdən sonra `` Bütün günü ağacla danışan birinə görə yaxşı görünürsünüz`` dedi və güldü. ``Zarafat edirəm ki , biraz eyniniz açılsın``. Kişi hələdə təəccüblü idi. Ətrafa baxırdı.  `` Tanrı mənə mərhəmət edib bura göndərdi ! Səsimi eşitdin sən ! ``deyə qışqırıb pəncərənin önünə keçdi. Pəncərədən görünən ağaca tərəf dönüb `` Sən də mənim kimi təksən dost ? `` dedi. 


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+29=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0255 saniye