Qəhrəman - II Hissə
Mehriban tərəfindən "Hekayə" bolməsinə 16:41 04 iyun 2015 tarixində əlavə olunmuşdur

Əllərim əsərək dəftərçəni açıb, həyəcanla ilk səhifəni oxudum "03.07.2015" Bu gün məni çox vacib imtahan gözləyir. Onlar sədaqətimi sınamaq istəyirlər. Çəkəcəyim hər cür ağrı acıya razıyam. İnancım tamdı. Məqsədimə gedən yolda öləcəyəm..." "07.07.2014 Bütün bədənim sızıldayır. Buna baxmayaraq mən deyəsən onların güvənini qazanıram. Bu gün ilk dəfə mənidə özləriylə kəşfiyyata apardılar..." Bütün bunlar məni olduqca çaşdırmışdı. "Yəqinki hərbçidir" deyə düşündüm. Bu vaxt taksi şoferi "Bacı, dayandılar" dedi. Taksi sahil metrosunun yaxınlığındakı binalardan birinin qarşısında dayandı. Oğlan cəld düşüb sürətli addımlarla binaya daxil oldu. Amma taksi getmədi. Deməli qayıdacaq buna görə də taksi onu gözləyir. O an məntiq məni tərk etmiş yerinə şiddətli maraq gəlmişdi. Mən hərşeyi bir kənara qoyub özümü bu marağa təslim elədim. 10 dəqiqə sonra oğlan qayıtdı. Əynində bəyaz T-shirt mavi jean var idi. Taksi "Societe Cafe" kafesinin qarşısında dayandı. Oğlan düşüb taksini yolladı. Məndə taksidən düşüb arxasınca kafeyə girdim. Pəncərənin yanındakı stollardan birində oturub çölə baxırdı. Əlini çənəsinə dayayıb qaşlarını çatmışdı. Mən aralıdan ona baxıb yaxınlaşıb yaxınlaşmamaq arasında gedib gəlirdim. Axırda ofisant yaxınlaşıb "buyurun nə lazımdır?" deyəndə  "heç, təşəkkür" deyib iti addımlarla onun masasına yaxınlaşdım. Üzümə bacardığım qədər sadə ifadə verməyə çalışsamda, titrəyən dodağım məni ələ verirdi. Başının üstündə dayanıb bacardığım qədər sakit tonda "Salam" dedim. Başını qaldırdı, bir neçə saniyə diqqətlə üzümə baxdı sonra tanımış kimi üzü açıldı: -Salam, biz deyəsən bu gün bir gəldik gəncədən eləmi? -hhə -təsadüfə bax-deyə o dodağaltı dilləndi sonra-bilirsizmi sizi burda görməyim çox xoş oldu. Mən deyəsən çox vacib bir sənədimi avtobusda unutmuşam bəlkə siz görmüş olarsız?  dəftərçə çantamın içindəydi. Amma o an içimdə o dəftəri verməmək lazım olduğuna aid hiss gəzirdi. Hələ axıra qədər oxumamışdım və əgər indi dəftəri versəm bu sirr ömrümün axırına kimi yada ən azından birneçə ay məni rahat buraxmazdı. Deyəsən oda nəsə qəribəlik sezmişdi: -Hə, siz onu görməyibsizki?-deyə təkrar elədi. İstəmədən ağzımdan: -kimi?-sözü çıxdı. Mən təbiətən stress yada həyəcan anlarında başını tamam itirən insan olduğuma görə bu dəfədə özümü şüphəli gösdərmiş oldum. -Kimi yox nəyi. Mən dəftərimi avtobusda unutmuş ola bilərəm bəlkə onu görmüsünüz deyə soruçmuşdum. -hhəə, yo yox görməmişəm. Lənət şeytana belə anlarda dilim niyə topuq vurur axı deyə düşündüm. -Hmm, heyif. Yaxşı bəs siz səhər yeməyi yedinizmi? -deyə yerini rahatlayıb az şıltaq    ədayla gülümsədi.-Mən çox acam. Bilirsizmi bugün çox uzun yoldan gəlmişəm. -Hə təsadüfə bax məndə- stress azalmışdı və məndə gülümsədim. İndi yadıma düşdüki məndə heçnə yeməmişəm. Ofisantı çağırıb sifariş verdik. Qəhrəman təbiətcə sadə, şən ruhlu birinə bənzəyirdi. Danışanda gülümsəyəndə gözlərində gəncliyə xas parıltı var idi. Bu əlbətdə sonradan daha çox fikir verdiyim xüsusiyyətlərindən biri idi. Yeməkdən sonra çıxıb biraz küçədə yeridik. Sonra mənim yadıma düşdüki iki saat əvvəl evdə olmalıydım və bacım yəqinki mənə görə narahatdı. Sağollaşıb evə getdim. Bu adam haqda öyrənmək istədiyim çox şey olsada özümü saxlamalı oldum və vermək istədiyim onlarla sual  içimdə qaldı... Evə gedəndə gözlədiyim mənzərəylə rastlaşdım. Bacım qapının ağzındaca söylənməyə başladı: -Sənin dərdin nədi? Özbaşına haralara gedibsən? Gözdə atama danışım qoy bilsin ki qızı çox böyüyüb kefi istiyəndə gəlir evə. Ürəyim sıxılmışdı ki görən bu başı batmış bacım niyə iki saatdı yoxduu... -Bacı nolar indicə gəlmişəm qoy heç olmasa ayaqqabımı soyunum. İmkan versən danışardım. Amma danışmaq imkansız idi.  əsəbdən bacım heçnə eşitmək istəmirdi. Söylənə söylənə mətbəxə getdi. Məndə yataq otağına keçib uzandım. Gözümü tavana zilləyib bu gün olanları fikirləşdim. Sonra dərhal ayağa qalxıb çantadan dəftəri götürdüm. "09.07.2014 Mən indiyə kimi dəfələrlə əlimə silah almışdım. Məşğələlərdə taxta, kardon adamlara atəş açırdım amma bugün ilk dəfə bir insanın alnına silah dayadım tətiyi sıxanda üzümü çevirdim. Bunu etməməliydim. Onlar dedilərki mən hələ lazımınca hazır deyiləm. Cəzam çox ağır oldu.  yataqdan zorla qalxdım.  Gələcək səfər tətiyi çəkərkən gözlərimi belə qırpmayacam..." Oxuduqlarım məni dəhşətə salırdı. Kimdi bu axı? Narkodillerin adamı, mafya adamı, polis, əsgər, qatil, sivil? Fikirlərin təsirindən qurtulmaq üçün yatağa atılıb yuxuya getdim.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+28=
Hesaba giriş
Müəllif

Mehriban
Haqqında
Özüm özümlə danışdığım qədər başqa biriylə danışmıram. Səbəb dəlilik deyil sadəcə bilirəmki insanı en yaxşı özü dinliyə bilər ...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0199 saniye