Qəm yazıb Allah
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 00:13 17 noyabr 2014 tarixində əlavə olunmuşdur

Nə günah işlədim mən bu dünyada,
Sevgidən bəxtimi kəm yazıb Allah.
Çoxunun ömrünə xoş gün yazanda, 
Mənimsə ömrümə qəm yazıb Allah.

Ömrüm boyu xoş gün nədi bilmədim, 
Ürəkdən sevinib, bir an gülmədim. 
Bircə gün gözümün yaşın silmədim, 
Əzəldən gözümə nəm yazıb Allah.

Hicran ayrılmadı, vüsal olmadı, 
Boşalan ürəyim bir də dolmadı.
Ömür sazım zil pərdədə qalmadı, 
Onu da yazanda bəm yazıb Allah.


... dəfə oxunub
Qiymət: 5/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+19=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.024 saniye