QƏZƏL
Vüsalə Vətənxan tərəfindən "Şeir" bolməsinə 14:57 04 yanvar 2019 tarixində əlavə olunmuşdur

Niyə gəlmişəm cahanə, başı bir bəlalıyam mən,
Nə vəfa görəndi könlüm, o qədər cəfalıyam mən.

 

Tükənib ümidim Allah, yaşamaq da çox çətindir,
Nə qədər sağamsa əhdə o qədər vəfalıyam mən.

 

Bürünüb libasi-eşqə çəkirəm cəfayi-hicrin,
Demədikcə ol nigarə qəmimi, həyalıyam mən.

 

Çıxa bilmədim qəfəsdən, gülə aşiqəm əbəsdən,
Necə bülbüləm ki, tənha qəfəsin vüsalıyam mən.

 

Mənə iffətimdi sərbənd, kim edərsə tənü rişxənd,
Yəqin anlamaz bir ürkək ürəyin məlalıyam mən.

 

Nə fəna məkan mənimdi, nə bəqa səadətimdi,
Mənə sevgi bəxş edənçün əbədi qəzalıyam mən.

 

Doğulub günəşlə birgə, açılıb çiçəklə, güllə,
Bu gözəl təravətimlə baharın misalıyam mən.

 

Belə nazu qəmzəm ilə olaram desən diləfruz,
Elə Mehritək bilirlər nə qədər ədalıyam mən.

 

Vüsalə Vətənxan Mehri / 07.12.2018


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+10=
Hesaba giriş
Müəllif

Vüsalə Vətənxan
Haqqında
Vüsalə VƏTƏNXAN Mehri Gənc yazıçı-ssenarist, şairə-qəzəlxan. İnstagram: vetenxan_vusale_mehri Youtube: Yazar Vüsalə Vətənxan FB: Gənc Yazar Vüsalə Vətənxan Mehri və Yaradıcılığı. VİG TV ([email protected])-da təsisçi və redaktor. YARADICILIĞI 2012-2015-ci illərdə müxtəlif Mədəniyyət evlərində bədii tədbirlərdə iştirak etmiş, bu sahədə təşəkkürnamələr və fəxri diplomlar almışdır. 2016-cı ildə "Foto-fakt" qəzetinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən “İstedadlı Gənc Qələm” fəxri mükafatı ilə təltif olunmuşdur. 2015-2016 –cı illərdə “Ulusəs” və “Yeni şans” qəzetlərinin redaksiya heyətləri tərəfindən “Ədəbi Söz Sahibi” və “Yaradıcı Qələm Sahibi” fəxri diplomu təltif olunmuşdur. 2018-ci ildə Mədəniyyət Nazirliyinin təşkili ilə “Söz” ədəbi layihəsi çərçivəsində keçirilən “Nəsimi – şeir, sənət və mənəviyyat” festivalının (Leyla xanım Əliyeva tərəfindən) təltif edilmiş diplomatlardandır. 2019-cu ildə İmam Zaman Ağanın adına keçirilən “İntizar” qəzəl müsabiqəsinin qaliblərindən olmuşdur. 2019-cu ildə N Saylı hərbi hissədə Mübariz İbrahimov adına keçirilən tədbirdən fəxri diplom ilə mükafatlandırılmışdır. MÜƏLLİFİ OLDUĞU KİTABLAR. "Bir ovuc kölgə...", "Ayaq səsi", "Dözümə yer ver.", “Qəzəl Gülü”. (Hal-hazırda yeni roman üzərində çalışır.) SSENARİLƏRİ. “Qızlar”, “Tələbənin günlüyü”, “Özgə həyat”, “Bu son deyil”, “Ömürdən alınan 29 il”, “Vətən gülü”, “Hərbi Hospital-2020”. Antologiyalar. "Zərif Kölgələr 1 -2 -3", "Vətən Mücahidləri 1 -2", “Xəzər Təzkirəsi 2”, “Türk dünyası şairləri”, “Arzuların şəhidi”, “Türkay” və s. Şeir və məqalələrim müntəzəm olaraq “Hürriyyət”, “Bakı Xəbər”, “İki sahil”, “Yurd jurnalı”, “Hərbi and” və bir çox dövrü mətbuatda işıqlandırılıb. Çap olunduğu qəzet və jurnallar. "Ulduz", "Fatimə" jurnalı. "Oxu məni", "Palitra", "Azərbaycan", "Vətənpərvərlər" qəzetləri və s. ÜZVÜ OLDUĞU ƏDƏBİ MƏCLİSLƏR "Dirili Qurbani", "Ozan", "Aşiq Pəri", "Vahid", "Məcməüş-şüəra", “DGTYB”, "Saqiyi-Kövsər", "Qələmin sədası" və Azərbaycan Yazıçılar Birliyi Xəzər Bölməsi. İş fəaliyyəti. TV kanallarda yazıçı-ssenarist, sayt üzrə redaktor və VİG TV idarəçisi, təsisçi. Fitret.az-da redaktor. İşlədiyim tv programlar: “Badambura” t/s, “Oyun” t/s, “Qəzəb” t/s, “Zərbə” t/s, “Nurayın günlüyü”, “Atılmışlar” t/s, “Kitchen chef”, “X-serviz”, “David Romanov”, “Son gecə” və s. Vəzifəsi: Ssenarist, rekvizist, rejissor assenti, qrim, geyim rəssamı və s. Üzvlük. AYB, YAP @2023
Əlaqə
Tel.:
077-727-71-87
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0282 saniye