QƏZƏL
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 18:24 18 dekabr 2019 tarixində əlavə olunmuşdur

QƏZƏL
Mövlud Ağamməd

Ol mənəm dillərdə dastan, yerlə yeksan, viranam,
Hər günüm çün ahu-nalan, çeşmi-giryan, büryanam.
***
Kim deyər ki, əhli-dərdəm, dərdə hər dəm həmdəməm,
Hər dəmim qəm, oldu məlhəm, dərdə dərman dövranam.
***
Ol deyib Ol, oldu ləfzim, Oldu əslim, təsliməm,
Təndə canam, külli-nəfsim, ismi pünhan, bürhanam.
***
Nuri-həqdir səcdəgahım, çox günahım, Allahım,
Kəbə qibləm- qibləgahım, xətmi- Quran, insanam.
***
Vaxtdı, Mövlud, bitdi həsrət, yetdi vəslət, rahətəm,
Et şəhadət, qıl şəfaət, çox pərişan, nöqsanam.

Mövlud Ağamməd.14.12.2019. Zərdabi.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+33=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0341 saniye