Qısqanclıq
Afig Huseynov tərəfindən "Digər yazılar" bolməsinə 12:27 01 iyul 2014 tarixində əlavə olunmuşdur

Biz fikirləşirik  ki, qısqanclıq barədə hər şeyi bilirik.Tək bir şeydən başqa-necə etmək olar ki,qısqanclıq yaşamağa və sevməyə əngəl olmasın.Qısqanclıq –ən ülvi məhəbbətlərin  axırına  çıxan ən qorxulu zəhərdir. 

Bəs nədir bizim qısqanclıqlarımız ?

Əgər  saf çürük etsək onda görərik ki,bu hiss fikirləşilən qədər birmənalı deyildir .Çox da çətin olmayan iki suala cavab tapmağa çalişaq:

1.Qısqanclıq sevginin  bir hissəsidirmi?

Daha çox “Bəli” cavabını verməyi istəyirəm.

2. Hansı durumlarda adamlarda qısqanclıq hissləri baş qaldırır?

-sevdiyimiz  insan başqasına daha çox diqqət yetirirsə(az hiss ediləcək dərəcədə və ya aşikaranə)

-sizin ən sevimli ev heyvanınız qardaşınızla daha çox oynayırsa.

-ananız  bacınıza və ya qardaşınıza sizə göstərdiyi  nəvazişdən  heç olmasa bircə dəfə artıq nəvaziş göstərirsə.

-sizin işdə göstərdiyiniz səylərinizə baxmayaraq iş yoldaşınızın vəzifəsini və ya məvacibini artırırlarsa.

Məncə bu sıranı yaşadığınız anlarla və həyati misallarla daha da uzatmaq  olar və bu sadaladığımız müddəalardan anlaşılır ki,qısqanclıq insanın təkcə sevdiyi  zaman yox,həm də kiminləsə  rəqabət  apardığı zaman,başqalarına paxıllıq etdikdə,özünü hamıdan üstün tuttuqda,özünə əmin olmadıqda,özünü təsdiq edə bilməyəndə,qorxu hissləri üstünlük təşkil etdikdə də  baş qaldırır.

Əgər qısqanclığın əmələ gəlmə səbəblərini doğrudan  anlasaq,onda ən düzgün addım qısqanclğın dərəcəsini azaltmaq barədə düşünməkdir.

Əgər biz sevir və eyni zamanda qısqanırıqsa ,onda bu qısqanclığı ən kiçik hissələrə  ayıraraq  bir bir bu hissəcikləri  sıradan çıxarmağa çalışmaq lazımdır.

Əgər daha səmimi olsaq niyə qısqandığımızı  anlayarıq:

-Sevdiyimiz insanı itirmək  qorxusu –bu zaman irəlidə çəkəcəyimiz iztirab bizi qorxudur-bu  eqoizm  və  mülkiyyətçilik hissidir.

-bir kimsə sevdiyi  qızın(oğlanın) başqası ilə münasibət qurmasını (mübahisə doğuran məsələ kimi də anlaşıla bilər,təəssüflə qeyd etmək lazımdır ki , bu hallar bilərəkdən və ya bilməyərəkdən ola bilir) çətin həzm edirik-bu özünü dəyərləndirməkdir.

-Sevdiyimiz adamın diqqətinin təkcə bizə yönəlməməsi  bizi tanıyan dost tanışların yanında  utandırır-bu heysiyyat məsələsidir.

-Bizim əhvalımızın korlandığı halda  onun  nəşəli əhvalı ilə yanımızda etinasız qalması  bizi özümüzdən çıxarır-biz  qorxuruq ki,o bizi daha sevmir.

Və sairə və ilaxir.Qısqanclıq heç də yaxşı təsir bağışlamır,deyilmi?Biz qısqandıqca ətrafdakılara da eyni təəssüratı bağışlayırıq.

Əlbətdə sevdiyiniz zaman qısqanclıq sizi müşaiyət  edəcəkdir.Bu insan orqanizmində baş verən ağrıların  orqanizmə  edilən   xəbərdarlıq  siqnalına bənzəyir.Qısqanclıq hissi bizə ona görə verilib ki,biz həyatı daha da dərindən dərk edək və yaşadığımız müddətcə  hisslərimizi  idarə etməyi,cilovlamağı bacarmağı öyrənək.

 


... dəfə oxunub
Qiymət: 9/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
5+13=
Hesaba giriş
Müəllif

Afig Huseynov
Haqqında
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini 1978 ci ildə bitirmişəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0311 saniye