Qızılgül
Elnure Oruclu tərəfindən "Hekayə" bolməsinə 02:17 23 noyabr 2014 tarixində əlavə olunmuşdur

Həyatın mənasını başa düşməyən insanlar bu həyatda sadəcə son günün gəlməsinin və nə olarsa olar deyib olacaqlara razılaşmasıdır ki, mən də həyatdan bezən insanları sevmirəm.. Həyat səni qəbul edibsə, sən niyə qəbul etmiyəsən.. Həmişə özümə tənqidi yanaşmışam bu barədə. Çünki məndə həyatı dərk etmirdim, bəlkə də indi də dərk edə bilmirəm.. Amma cəhd edirəm.. İnsanlara da məsləhət görərdim həyatınızı mənasız görməyin, onda başa düşəcəksiniz ki, bu mənasız dediyiniz, bildiyiniz həyat çox dəyərlidir.. Baxdığınız yerdən baxın eyni görəcəksiniz, amma həmin yerdən başqa düşüncəylə baxsanız artıq daha dəqiq görəcəksiniz və siz indiyə kimi həyatınızda etdiyinz və bundan sonra edəcəyiniz hər bir şeyin necə mənalı və dəyərli olduğun dərk edəcəksiniz..

Həyat qısadı deyənlər əslində səhv demirlər, həyat başa düşməyən üçün qısadı bəlkə də.. Ölümünə son 1 il qalmış birindən həyatı soruşdum... Sizdə həyatı anlamaq üçün soruşun... Onlar həyatın necə uzun və dəyərli olduğun sizə çox gözəl, dərindən başa salacaq.. Mən dərk edirəm bu dünyada niyə yaşadığımı və ömrümün necə və hansı yollardan keçəcəyini... Çətin və ya asan bu həyat mənə bəxş edilibsə, mən yaşamaq üçün davam edəcəm, nə olursa olsun uduzmayacam.. Ümidimi itirməyəcəm.. Ümid demişkən mən öz ümidlərimi təravətli qızılgülə bənzədirəm.. Qızılgül tumurcuqlayır, çiçəkləyir, dirçəlir və çox gözəl qırmızı və ətirli olur, bir müddət sonra yenidən solmağa başlayır və bu hadisə təkrarlanır.. Amma bir gün ümidlərin boşa getmədiyi gün gələcək və o gün biri qurumuş amma təravətini itirməmiş qızılgülü əbədi olaraq öz dəyərli kitabında saxlayacaq... Eləcə də mən ümidimi heç vaxt itirməyəcəm..

Həyat zülmkardırsa, mən həyata qayğıkeş olacam, həyat düşmənimdirsə mən dost olacam, həyat qisascıldısa, mən səbrimi itirməyəcəm...Sonda bu həyatın bütün üzün görəcəm gec ya tez, o anda belə yaşadıqlarımdan zərrə qədər də olsun peşimançılıq hissi yox, dərs aldım bu həyatdan deyib, özüm-özlüyümdə nəticə çıxaracam...  Həyatda nə yaşamış olursanız olun, unutmayın ki, Sizi qoruyan və daima qayğınıza qalan biri var ki, O da Rəbbimizdir...


... dəfə oxunub
Qiymət: 10/10(54 səs)
[qiymət ver ]
Şərh yaz
6+29=
Hesaba giriş
Müəllif

Elnure Oruclu
Haqqında
Yazmağı çox xoşlayıram, danışmaqda çətinlik çəkirəm bəlkə ürəyimdən keçənləri deyə bilmirəm.. Ona görə yazı yazmağı çox xoşlayıram.. şeirlər, hekayələr, sevgi məqalələri və.s bunlar yaradıclıqdan irəli gəlmir, mənə görə bu qəlbimizin bizə hədiyyə etdiyi kiçicik paydır... 
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0274 saniye