" O nə adətdi elə " qəzəli
Kamran tərəfindən "Şeir" bolməsinə 18:30 08 iyul 2014 tarixində əlavə olunmuşdur

İncidirsən məni tez-tez, o nə adətdi elə, O nə ehsandı verirsən, nə xəcalətdi elə?

Bu qədər dərd ilə ömr eyləyə bilməz hər kəs,
Yox, kəsib eyləmə, yox, yox, mənə rahətdi elə.

Mənlə haq-hesabı məhşər gününə saxlamısan,
Başa sal, qurban olum, o nə siyasətdi elə?

Nədi məqsəd hamıdan çox mənə zülm etməkdə,
O nə hörmətdi, nə diqqət, nə şərafətdi elə?

Demisən Kamrana bir toy tutacam, gəl görəsən,
O nə sözdür, sənə qurban, nə zərafətdi elə?


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+32=
Hesaba giriş
Müəllif

Kamran
Haqqında
kursant.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0335 saniye