"Allah düşüncəsi"
Vüsal Musayev tərəfindən "Digər yazılar" bolməsinə 03:10 06 aprel 2012 tarixində əlavə olunmuşdur

Bütün çirkinliklərini qaranlığa bürünərək gizlədən şəhər. Buranın gözəlliyindən çox danışılsa da məncə burda qeyri-adi heç nə yoxdu.bakı küləyinin qorxudaraq binaların küncünə yığdığı toz dənəciyi və birdə xaricdən gözəl görünən əslindəysə daxillərində qəribə eybəcərlikləri ilə seçilən insanları. Burda nə intibah gözəllikləri qalıb, nə əd o gözəllikləri yaradan əllər. Buranın insanları tükürpədicibaxışlara sahibdirlər, hətta bu baxışlar içində Allahı görməsələrdə onu görmək istədikləri kimi təsvir edib ona rəvatətlər uydururlar. Problemlərdən qorxmayaraq onlara öyrəşmiş, ən ağır cəznı belə normal qarşılamağı bacaran, payızı çox fərqli qarşılayan, çılpaq ağacdan asılı qalan son yarpağın qışdan sağ çıxmağını arzulayan insanları. Bu şəhərin dəfələrlə ölüb-dirilmiş sakinləri deyəsən Allahı çox sevirlər. Günahı az olanlar dünyanın əbədiliyi haqda irəli sürülən fikirləri yalanlayaraq zamanın duracağı günü səbrsizliklə gözləyir, günahkarlar isə bizi aldadırlar dünya əbədidir və biz inkişaf etdikcə edəcəyik kimi fikirlərlər təskinlik tapıb, günahlarını suda boğurlar. Tozlu küçənin bir kənarında yöndəmsiz gəzişən insanların səs-küyündə itib-batmış körpənin yalvarışları şəhərin işıqlarına qarışaraq əcaib bir görüntü alır. Hanı bu ölkənin dindarları, səhərlər azan səsiylə oyanan sakinləri, gündə beş dəfə alını yerə vurmaqla deyil al bu da sənə insanlıq nümunəsi. Allahı hərə bir cür axtarır. Kimi düşünürki arxeoloji qazıntılar nəticəsində üzə cıxacaq, kimi də düşünür ki göyün neçəncisə qatındadır və bu niyyətlə kosmosa raketlər göndərirlər. Hər şeyi unudaq bu günü, gələcəyi, keçmişi, tarixi, hətta yadaşımızı da amma bir şeyi unutmayaq ki biz heçnədən yaranmışıq və bizi yaradan var. Bu nə bizim anamız deyil, nə əd atamız. Əgər yer həm öz oxu ətrafında, həm günəş ətrafında fırlanırsa, fəsillər dəyişirsə, bir sözlə hələdə insan doğulub-ölürsə deməli bu qədər prosesi tənzimləyən hansısa bir qüvvə var. Bilmirəm o qüvvəni necə adlandırmalıyam, amma mənə elə gəlir ki o Allahdır. Onsuzda öləcəyik paylayın bir əl də oynayaq, kim udarsa mükafat olaraq əbədi yaşayacaq.


... dəfə oxunub
Qiymət: 7/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
1+39=
Hesaba giriş
Müəllif

Vüsal Musayev
Haqqında
Düşündürücü yazılar yazmağa çalışıram. Bədii ədəbiyyata marağım böyükdür. Bakı Slavyan Universitetində jurnalist təhsili alıram.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0379 saniye