"Hal-hazırda xoşbəxtlikdən keyimişəm" - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 21:00 13 noyabr 2015 tarixində əlavə olunmuşdur

Müsahibim yeni ailə qurmuş, mutluluqların ən gözəlinə layiq olan
bir xanım - Turablı Məltəmdir.
Öz sevincini bizimlə bölüşən Məltəmlə maraqlı söhbətimizə siz də şərik olun...


1. Salam... Necəsən Məltəm?
- Salam. Təşəkkürlər, əlayam... Sən necəsən?

2. Bir az səni tanıyaq...
- Mən - Turablı Məltəm Arif qızı 19.11.1989-cu ildə Bakıda anadan olmuşam. Evin ilk və tək qız övladıyam. Çox sevdiyim atam, anam və qürur duyduğum qardaşım var. Qaraçuxurda böyümüşəm və 146 saylı orta məktəbi bitirmişəm. Həm də 2saylı musiqi məktəbini bitirmişəm və Şuşa Mədəni Maarif Texnikumunun xarici dil şöbəsini məzunuyam. Hal-hazırda özəl dərslər keçirəm. Yeni ailə qurmuşam.

3. Öncəliklə, təbrik edirəm səni, həm öz adımla, həm də saytımız adı ilə. Bir ömür mutluluqlar diləyirik.
Necə gedir 10 günlük evlilik?
- Çox sağol, canım. Bütün subaylara qismət olsun, inşAllah. Demək olar ki, 10 günlük ailə həyatım əla gedir.

4. Xoşbəxt görünürsən. Necə hissdir mutlu olmaq?
- Xoşbəxtlik? Çox, çox gözəl hissdir. Hətta hal-hazırda xoşbəxtlikdən keyimişəm (gülür)

5. Əsas kriteriyan nə idi ki, həyat yoldaşında onu əsas götürdün?
- Diqqət! Həyatımda ən çox diqqətə önəm verirəm.

6. Hər şey ürəyincədir mi?
- Bəli çox şükür. Nəhayət, istədiyimi əldə etdim.

7. Evlilik üçün lazım olan əsas nəsnə nədir?
- Sözsüz ki, ən başlıca hörmət, sonra diqqət, sonra isə sevgi. Heç vaxt başda sevgi gəlməməlidir. Çünki ən tez ölən hiss sevgidir.

8. Ailə anlayışı Məltəm üçün nəcədir?
- Mən ailə deyəndə aglima Allah, Quran, Peyğəmbər gəlir. Çünki ailə onlar qədər muqəddəs, sirli, yalansız, gözəl və təmiz olmalıdı. Bir sözlə bu zəmanədə ailə mənim üçün möcüzədi.

9. Qadın kimi istədiyin yerdəsən mi?
- Əlbəttə ki, hələ yox. Qadın kimi qadın olmağıma, hələ, ən azı 10 il var.

10. Kariyeranla bağlı planın var mı?
- Bəli var. Həm öz sənətimlə bağlı, həm də özəl işlə bağlı.

11. Nişanlı və ya segili cütlüklərə tövsiyən nə olardı?
- Onlara tövsiyəm, tələsməyin hec nəyə. Çalışın tək sevgi ilə yox bir az da məntiqlə hərəkət edin. (Maddi, mənəvi, sağlamlıq cəhətdən).

12. Bir qadın nə zaman tam xoşbəxt olur?
- Əsl qadın təhsilli olanda, kariyera quranda, sevəndə, ailə quranda, hörmət və diqqət görəndə, ana olanda, övladlarının xoş günlərinə şahid olanda və s.

13. Ən böyük diləyin nədir?
- Ana olmaq... Özüdə 4 uşaq anası. Üç oğlan bir qız anası olmaq. Əlbəttə imkan yaxsı olarsa.

14. Geriyə baxmaq doğrudur, yoxsa irəliyə?
- Əlbəttə irəli. Geriyə baxmaqla nə dəyişə bilər ki?! Heçnə. Ona görə ancaq və ancaq irəli baxmaq məsləhətdir.

15. Sevgin hansı rəngdir?
- Toz-pəmbə... Sevgimə nə rəng qatsam yaraşar (gülür)

16. Evlilik üçün doğru seçimin formulunu açıqla, desəm?
- Zənnimcə, bunu heç kəs açıqlaya bilməz. Bəxtəbəxt deyim mən.

17. Məltəm bu gün olmaq istədiyi yerdədir mi?
- 30% bəli... amma bəkləntilərim var hələ.

18. Yaxşı həyat yoldaşı kimdir?
- Yaxşı həyat yoldaşı qadın olaraq - təmizkar, baxımlı, səliqəli, şirin dil, seksi, ərə, övlada və böyüklərə diqqətcil və hörmət edəndir.
Kişi olaraq - halal qazancı olan, təmizkar, diqqətcil, hörmətcil, xəyanət etməyən, ailəsinin ən azı on istəyindən üçünü həyata keçirə bilən.

19. Həyatda nə üçün tələsmisən?
- Həyatda bir dəfə tələsmişəm, onda da əvəzini pis almışam. O da 2013-cü ildə tələsib ailə qurmağım olub.

20. Eşqə gedən yol haradan keçir?
- Xarakterdən... o gözəl olanda eşqdə daimi olur, olmayanda axır əvvəl bitəcək. Davam edə bilməz.

21. Sevgi yoxsa məntiq?
- Məntiq!

22. Azad tənha yoxsa qısıtlı xoşbəxt?
- Yemək bişirəndə duz, istiot, şəkər qatırıq ki, dadlı olsun. Ona görə azad, tənha, qısıtlı xoşbəxtlik elə üçü də olmalıdır. Yoxsa, artıq tamah baş yarar.

23. Sən hansındansan?
- Elə üçü də... bəzən azad qərar verirəm, o işdə olanda tənhayam, bəzi xoşbəxtliyim isə hələki qısıtlıdır ki, buda normal haldı.

24. Mutlu bir evlilik etmiş qadın olaraq xoshbextqadin.az -lılara məsləhətlərini eşidək.
- Məslətim odur ki, əsas da subay xanımlara, özünüzü əzdirməyin. Pis günə boyun əyib, qismətim belə imiş deməyin. Həyatla mübarizə aparın. Gözü açıq olun ki, xoşbəxtliyi zamanında tuta biləsiniz. Yoxsa, ömür boyu axtarsanız da xoşbəxtliyi tapa bilməzsiniz. Evlilik üçün də tələsməyin. 25 yaşdan sonra düşünsəniz, inanın ki, daha düzgün qərar verib, xoşbəxt ola bilərsiniz. Həyatı doğru yaşamaq öz əlimizdədir, unutmayın. Yaşam o qədər qısadı ki, hər saniyəmiz qızıldı. Çalışaq, bu qızıldan dəyərli anlarımızı buna dəyən insanlarla keçirək. Bilirəm, çoxlarınız məndən sonra ümidlənib, həyata daha çox sarılıb, daha çox xoşbəxt olacağınıza inanmısınız. Əmin olun ki, mənim bu günki həyatım sizin üçün də yazılıb, Allah tərəfindən. Sadəcə biraz səbr. Hər birimizin xoşbəxt olmağı diləyi ilə öpürəm hər birinizi.

Mutluluğunu bizimlə paylaşdığın üçün təşəkkür edir, bir daha təbrik edirik.
- Aysel, canım sənə sonsuz təşəkkürlər, mənə də söz verdiyin üçün. Sənin də xoş günlərinə şahid olaq inşallah, gözəlim.

Söhbətləşdi: Aysel Abdullazadə

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+35=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0374 saniye