"Həyat yoldaşımın cənnətiyəm" - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 00:55 14 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bu günkü qonağım səmimiyyəti, xoş və təbii aurası ilə pozitivlik sağlayan, ziyalı və örnək olacaq kimliyə sahib bir xanım - Müşgünaz Bəşirovadır.
Söhbətimizi siz də oxuyun...

1. Salam... Sizi tanıyaq.
- Salam. Bəşirova Müşgünaz - 1990-cı ildə Yevlax şəhərində anadan olmuşam. 2006-cı ildə orta məktəbi bitirmişəm.
ADPU-nun bakalavr və magistr məzunuyam. Özəl kursların birində işləyirəm.1 il 6aydır ailəliyəm.

2. "Evlənmək" yoxsa "ev-lənmək"?
- Sevdiyim insanla evlənib eyni evi bölüşmək deyək...

3. Qadın evlənir yoxsa ərə gedir?
- Qadından və ailə qurduğu kişidən asılı olaraq vəziyyət dəyişilə bilər. Amma loru dildə deyəsi olsaq, ərə gedir baxmayaraq ki, ər sözünü heç sevmirəm.

4. Ailə üçün hər iki şəxs nəzdində doğru oldunu düşündüyünüz yaş neçədir?
- Hər iki tərəf üçün 25 yaş fikrimcə, daha uyğundur.

5. Sevgi evliliyi etmisiniz, yoxsa məntiq?
- Bizi tanıyanlar sevgi evliliyi etdiyimizi bilir. 7 illik münasibətimizin tamamında ailə qurmuşuq. Amma sevgi ilə yanaşı məntiq evliliyi də etmişəm desəm, yanılmaram. Çünki ailə qurmaq üçün sadəcə sevgi kifayət etmir. Xarakterimizin uyumluluğu, ailələrimizin bir-birinə münasibəti mənə görə, əsas şərtlərdən biri idi.

6. Ailə qadına nə qazandırır?
- Ailənin qadına qazandırdığı müsbət və mənfi keyfiyyətlərin əsas səbəbkarı yalnız kişidir. Kişi qadına istəyərsə, dünyaları bəxş edər, istəyərsə, dünyasını da əlindən alar.

7. Bəs kişiyə?
- Kişi nə qazanmır ki? Gözəl ailə, isti yemək, səliqəli geyim, ən əsası, ata adını qazanır. Bundan artıq nə olsun?!

8. Təhsil qadın üçün nə qədər önəm daşıyır?
- Təhsil qadının bugünü və gələcəyi üçün sığortasıdır. Düşdüyü ailə nə qədər yaxşı olursa olsun, bir gün dillənəndə dilinin uzunluğudur. İstər ana, istərsə də ata tərəfim ziyalı olduğundan təhsilin vacibliyi hələ uşaq yaşlarından bizə öyrədilib.

9. İctimai qınağa münasibətiniz necədir?
- İctimai qınaq hər zaman olub, olacaq da. Çalışdığım qədər fikir verməsəm də, bəzən alınmır.

10. "Qadınlar ümumilikdə cənnətdirlər" deyiminə əsasən, siz cənnətsiniz mi?
- Başqalarını deyə bilmərəm, amma həyat yoldaşımın, bəli, cənnətiyəm (gülür)

11. Bizim cəmiyyətdə qadın olmaq ağırdır?
- Nəinki bizim cəmiyyətdə, bütün hər yerdə qadın olmaq ağırdır. Bizdə isə bütün öhdəliklər qadın üzərinə düşdüyündan vəziyyət biraz daha ağırdır.

12. Azad qadınla xoşbəxt qadın vəhdətdir mi?
- Mənə görə, xeyr. Azadlığı olub xoşbəxtliyi olmayan və ya əksini yaşayan o qədər qadın var ki...

13. Azadlıq harda sınırlanır?
- Qoyulan bir neçə qadağa artıq azadlığın müəyyən hissəsinin əlindən alınması deməkdir.

14. Ən sevdiyiniz qadın obrazı?
- Konkret kimisə misal çəkə bilməsəm də, ailəsinə və ətrafına qarşı mülayim, qəlb qırmayan, ağlı, əxlaqi dəyərləri yerində olan və ən əsası, deyingən olmayan qadın mənə görə digərlərindən
1-0 öndədir. Bu keyfiyyətləri olmayıb, sadəcə görünüşü gözəl qadına isə qadın demirəm.

15. Bir qadın kimi bu gün xoşbəxtsiniz mi?
- Xoşbəxtliyi ani yaşayanlardanam desəm, daha doğru olar. Bu gün tam olaraq xoşbəxt olmağım üçün ailəmizə kiçik bir mələk gərəkdir. İnsallah ondan sonra bu suala: bəli, çox xoşbəxtəm cavabını verə bilərəm.

16. Kişi qadına sahib olar, qadın kişisinə aid - bu fikrə münasibətiniz birmənalıdır mı?
- Qadını qadın edən kişidirsə, kişini də kişi edən elə məhz qadındır. Dünyanı kişilər idarə etsə də, kişiləri də idarə edən onlara aid olan biz qadınlarıq.

17. Kariyera və ailə birlikdə uyumlu olur mu?
- Anamdan, qaynanamdan və ətrafımdakı bir çox qadınlardan gördüyüm qədəri ilə, bəli, olur.

18. Həyatınızda iz buraxan kitab olub mu?
- Qurban Səidin "Əli və Nino" əsəri.

19. Dünya sizin ətrafınızda dönür, yoxsa siz döndürürsünüz?
-Bəzən dünya dönürsə, bəzən də mən döndürürəm.

20. Xoşbəxtliyin hansı rəngdədir?
- Göy və bənövşəyi rəngləri görmək belə üzümü güldürür. Düşünürəm xoşbəxtliyimin rəngi də məhz bu iki rəngdədir.

21. Son olaraq, xanımlara sözünüz?
- Fikrimi qısa formada izah etməyi bacarmadığım üçün, bir balaca geniş yazdığım üçün üzürlü sayın və oxuduğunuz üçün çox sağ olun. Daima xoşbəxt olmağa çalışın, həyatınızda baş verən hər şeyə rəğmən həyata gülümsəyin. Və bu soyuq havalarda əyninizi qalın geyinin, özünüzdən muğayat olun.

Soyuq havada isti söhbət üçün təşəkkürlər.
-Mən təşəkkür edirəm.

Söhbətləşdi: Aysel Abdullazadə

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+26=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0303 saniye