"...Kişi və qadın ayaqqabı cütüdür mənim üçün, biri digərinə uyğun, eyni yolu gedən, eyni formada" - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 01:39 15 noyabr 2015 tarixində əlavə olunmuşdur

Müsahibə layihəsinin bugünkü qonağı,
gənc və istedadlı, eyni zamanda, dayandığı zirvəyə öz bacarığı ilə çatan bir xanım - Xəyalə Həsənovadır.
Buyurun, söhbətimizi siz də oxuyun...


1. Salam. Sizi tanıyaq, Xəyalə xanım...
- Salam... Mən Həsənova Xəyalə 1993-cü ildə aprel ayının 16-sı Bakıda dünyaya gəlmişəm. 2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Filologiya fakültəsi - Azərbaycan-dili və Ədəbiyyat müəllimliyini bitirmişəm. Hal-hazırda müxbir kimi fəaliyyət göstərirəm.

2. İkitərəfli kolleqayıq, həm filoloq, həm də jurnalist kimi. Nə qədər müddətdir çalışırsınız?
- Filoloq kimi çalışmasam da hal-hazırdakı işimdə filoloq olmağım mənə çox yardımçı olur. Müxbir kimi üç aydır fəaliyyət göstərirəm.

3. Ailəlisiniz?
- Xeyr,ailəli deyiləm.

4. İşinizi sevirsiniz mi?
- Əlbəttə, ümumiyyətlə, düşünürəm ki, hər nə iş görürsənsə, o işi sevməlisən, çünki gələcək kariyeranın təməli indiki işimiz ola bilər. İşinizdən nə qədər razı olsanız və sevsəniz, uğurunuz da o qədər çox olacaqdır.

5. Yaxın sahələr olsa da, ixtisasınız deyil çalışdığınız sahə, bu maraq hardan yaranıb?
- İxtisasımı çox sevirəm, 7 il arzulamışam və şükürlər olsun ki, nail oldum, sadəcə insanın həyatda bəzi məqsədləri olur, hansı ki, insanı hirslə irəli atılmağa sövq edir, bax, elə mən də o məqsəd üçün sevərək seçdiyim peşədən imtina etməli oldum... Onu da dana bimərəm ki, pedaqoji təhsilimin olmağı mənə çox kömək edir.

6. İşinizdən nəyəsə görə vazkeçərsiniz mi?
- Söhbət müvəqqəti təcrübə yığmaq və gəlir əldə etməkçün çalışdığım işdən gedirsə, müəyyən qədər ciddi səbəblər altında, bəli, vaz keçərəm, lakin əziyyətlə, çabayla əldə etdiyim işdən vaz keçmərəm.

7. Xəyalə üçün sevgi və ailə ikilisi nədir?
- Sevgi və ailə ən gözəl yaşam səbəbi, sevgi hər şeydə, hər işdə mütləqdir, ailə desək, o da müqəddəs bir dəyərdir. Həyatda çəkinərək addım atacağım ən çətin mövzu ailədir. Çünki mən ailəyə çox dəyər verirəm və fərqli yanaşıram. O qədər enerjili, sevgi dolu insanam ki, mənim ailəm tam fərqli olacaq.

8. Ailə qurmaq haqqında düşünürsünüz?
- Bu istəkdən ziyadə, həyatın qanunudur. Sadəcə, hal-hazırda 22yaşım var və kariyera qurmaq yolunda irəliləyirəm. Ailə məsələsini düşünsəm, qorxuram iş planlarım alt-üst olar. Amma həyatın bizə nəyi, nə zaman bəxş edəcəyini bilmirik deyə hər an eşq qapımı döyə bilər və mən biganə qalmayacağam. Hər zaman bu ifadəmi səsləndirmişəm, mən aşiq olsam, evlilik uzaqda deyil. İşimlə yanaşı, ailəni də idarə edə biləcəyimə inanıram. Heç nəyi heç bir şeyə qurban etməyə ehtiyac yoxdu. İş başqa, ailə başqa. Heç biri təxirə salınası deyil.

9. Hansı nailiyyətləri əldə etmisiniz?
- Nailiyyət deməzdim, sadəcə aktivliklərim olub. 2014-cü ilin sentyabr ayından atamın dəstəyi ilə ingilis-dili kursuna yazıldım. Ondan sonra başqa iki dildən kursa başladım, daha sonra dövlət müəssisələrinin birində könüllü oldum, 1ci-dərəcəli şəhadətnaməylə bitirdim. Ardınca, məşhur bankların birində təlimlərdə iştirak etdim, "Kariyerada ilk addımlar" adlı təlimdə də iştirak etdim və hər iki təlimdən sertifikat əldə etdim. Təşkilatda fəaliyyət göstərdim. Universitetdəki pedaqoji fəaliyyətimdə fərqləndiyimə dair diplom əldə etdim. 2015 İlk Avropa Olimpiya Oyunlarında könüllü olmuşam. Gənclər və İdman Nazirlyi tərəfindən sertifikat əldə etdim. Ölkə başçımız və onun xanımından "Təşəkkürnamə" əldə etmişəm və.s. İndi də hal-hazırda MZ productionun istehsalı ilə Azərbaycan televiziyasında yayımlanan, gənc kütlənin sevərək izlədiyi MAG (Müasir Azərbaycan Gənci) verilişində müxbir işləyirəm. Bu isə mənimçün bir nailiyyətdir.

10. Ailə yoxsa kariyera, ya da ikisi birlikdə olar mı?
- Bu çətin sualdır mənimçün, çünki ikisi də dəyərlidir. Əlbəttə, ikisi birlikdə idarə oluna bilər. Birlikdə yola getsələr, nə gözəl mənə. Zarafat bir yana, ailə vacibdir. Lakin burada həyat yoldaşı seçimi, onun anlayışı önəmlidir. O sənə hörmət etməlidir. Mən neçə illər hər imtahanda çox stress keçirmişəm, təhsil aldığım müddətdə heç bir imtahandan kəsirim olmayıb... Belə bir əziyyətlə çalışan insanı siz heç cür evdə oturda bilməzsiniz. Həyat yoldaşı düzgün seçilsə, elə seçimlərə də ehtiyac olmaz.

11. Evlilik üçün yaş neçədir?
- Nə zaman aşiq olsam və budur sevdiyim desəm, vaxt o zamandır. Mən bu insanla həyatımı birləşdirə bilərəm, dediyim yaşımda evlilik ola bilər. Bunun nə zaman olacağını isə Allah bilir.

12. Xoşbəxtlik anlayışı deyəndə nə başa düşülür?
- Xoşbəxtlik mənimçün ilk öncə ailəmdir. Onlar sağlıqlı olsun, mən o vaxt çox xoşbəxt oluram. Sonra sevdiyim işi görmək. Və ya özüm nəsə əldə edirəmsə və bununla atamın başı mənimlə danışarkən dikəlirsə, bax, o an mən bir övlad - qız olaraq çox xoşbəxt oluram. Hər qadın köməksiz irəli getməyi bacarmır. Mən qarşıma məqsəd qoymuşam, bax, o məqsədlərim yerinə yetdikcə xoşbəxt oluram.

13. Xoşbəxtsiniz?
- Şübhəsiz...

14. Qadın əks cinsin nümayəndəsi olmadan mutlu ola bilməz mi? Mütləqdir mi, xoşbəxtlik deyəndə ağlımıza yalnız kişi gəlsin?
- Kişilərə bu sualı versəniz, xeyr deyər, çünki onlarda dəyər anlayışı zəifdir. Lakin xanımlar, özəlliklə mən, bir qadının xoşbəxt olması üçün kişini də vacib bilərdim, belə deyək 70% kişinin varlığıdır. Kişi və qadın ayaqqabı cütüdür mənimçün, biri digərinə uyğun, eyni yolu gedən, eyni formada.

15. Ailə qurmaq isədiyiniz namizədə hansı kriteriyalarınız var?
- Sərt olmalı, dediyiylə hərəkəti bir-birini tamamlamalı. Pis vərdişləri olmamalıdır. Ən əsası, sadiq olmalı, anlıq deyil, ömürlük hisslərə dəyər verən biri olmalıdır.

16. Məntiq evliliyinə münasibətiniz?
- Əslində, bu sualın cavabında sevərək məntiq evliliyi, deyərdim. Adı üzərində, az qala bununla 20 il sonranın praqnozunu düşünərək ailə qurmuş olursunuz. Ancaq mən, 60/40 düşünürəm. Sevgi və məntiqi yanaşma, nisbətən bərabər olmalıdır.

17. Kariyera nailiyyəti bacarıqdan asılıdır, yoxsa bir az da şans lazımdır?
- Bacarıq, bacarıq və ən sonda şans, əmin olun. Çünki, bacarıqlı olanın şansını da Allah yetirir.

18. Uğurlarınız üçün borclusunuz?
- Atamın, "Niyə evdə boş oturmusan, özünü inkişaf etdir" -sözünə... Bu ifadə, mənim nəsə etməyimə təkan verdi.

19. Qadın və təhsil - nə qədər önəmlidir, sizcə?
- Əlbəttə ki, təhsil vacibdir. Hər iki fərdə. Qadın daha çox bilikli olmalıdır. Xeyriyyəçimizin bu sözü daha bariz nümunə olar, demək istədiklərimə. "Bir oğlana təhsil verməklə, təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə. (Hacı Zeynalabdin Tağıyev). Mənim anam, daha çox qardaşımın, atam isə bacım və mənim təhsilli olmağımçün çalışır. Ailədə beş nəfərik, hamımız ali təhsilliyik. Hətta bacım ailəlidir, iki övladı var. İkinci uşağına 9 aylıq hamiləykən, imtahan verdi və magistraturaya daxil oldu, indi bacımı atam dərsə aparır. Atam bizə təhsil və iş barəsində həmişə dayaqdır.


20.Problem və çətinlik deyəndə nə düşünürsünüz?
- Sənin özünə dayaq olmağın üçün yaranmış müvəqqəti bariyerlər düşünürəm. Bax, o an qadın gərək özünə gəlsin və mən gücsüz, zəif deyiləm desin. Qadın böyük qüvvədir. Bu sözü ta uşaqlığımdan eşidirdim, amma mahiyyətini anlamırdım, o vaxta qədər ki, mən onu həyatımda yaşadım.

21. Həyatda sizə dəstək olan insan var mı, varsa kimdir?
- Anam... gözəl anam. Onun varlığı, nəfəsi... Bir tək anam məni yox edə bilər, onun qarşısında mütiyəm... Anamın məni dəstəkləməyi, xoş rəftarı mənim yaşam stimulumdur. İşdə olanda telefonuma bir tək anam zəng edir, o zəng etməsə, elə bilirəm bugün həyatımı yarım yaşamışam. Allah onu bizə çox görməsin. Bu anda bir ifadəni xatırladım, yalnız, qadın-qadına dəstək olacaq.

22. Son olaraq, xanımlara sözünüz?
- Qadınlar, özümüzün dəyərini bilək, özümüzdən asılı olaq ki, sabah kişilər bizi zəif bilib alçaltmasın. Kişilər nə qədər ağıllı qadınları xoşlamırlar modeli yaratsalar da, əslində, elə qadınları sevirlər... Əziz qadınlar, heç nə mümkünsüz deyil. Gerçəkliklər öncə xəyal olur, sonra gerçək. Siz, sadəcə xəyalınızı məqsədinizə çevirin və çalışın. Ən əsası da, inanın ki, siz bunu bacaracaqsınız. İnanmaq qələbənin yarısını əldə etməkdir.

Saytınızda mənə də yer ayırdığınız üçün sizə təşəkkür edirəm. Fəaliyyətinizdə uğurlar!

Söhbətləşdi: Aysel Abdullazadə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+6=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0617 saniye