"...Mən öz yoldaşımın timsalında öz yarı hissəmi tapdım"
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 02:40 15 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bu dəfəki müsahibim, xoşbəxtliyi ilə örnək olacaq bir
xanım - Jalə Quliyevadır.
Buyurun, maraqlı söhbətimizə siz də şərik olun...

1. Salam. Sizi tanıyaq, Jalə xanım...
- Mən Quliyeva Jalə 1988-ci ildə Bakı şəhərində anadan olmuşam. Ailənin həm ilki, həm də son beşiyiyəm. Yəni tək qızam. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakultəsini bitirmişəm. İki ildir ki, ailəliyəm. Bir qızım var. 10 aydır, həyatımıza rəng qatır. Məni "quzuşun anası" kimi tanıyırlar burda.

2. Filoloqsunuz, deməli, kolleqayıq. İxtisasınız üzrə çalışırsınız mı, yaxud əksidirsə, səbəbi?
- İxtisasım üzrə çalışmamışam. Çox heyif ki, müəllimə lazimi qiymət verilmir. Digər işlərdə çalışsam da, hal-hazırda evdar xanimam. Qızımın böyüməyini gözləyirəm, bir az böyüsün sonra işləmək fikrim var.

3. Məntiq evliliyi etmisiniz, yoxsa sevgi?
- Sevgi üzərində ailə qurmuşam. Məntiq evliliyi haqqında heç düşünməmişəm, çünki əsl sevgidir bu həyatın mənası.

4. İki aillik ailə həyatınızdan razısınız mı?
- Bəli, razıyam. Mən öz yoldaşımın timsalında öz yarı hissəmi tapdım. Onunla bir bütöv oldum.

5. Ümumiyyətlə, Jalə üçün sevgi və ailə ikilisi nədir?
- Mənim üçün sevgi ailənin qurulması üçün başlıca meyardı. Sevgi və hörmət ölsə, ailəni qorumaq mümkün olmaz. Ailə isə mənim üçün müqəddəs bir qurum sayılır. Var gücümüzlə bu qurumun çiçəklənməsi üçün səy göstəririk.

6. Yoldaşınızdan kariyera üçün dəstək alırsınız?
- Əslinə qalsa, yoldaşım mənim işləməyimi istəmir. Deyir ki, sən bizim övladlamızın müəlliməsi ol. Hələ ki, fikrimdən döndərə bilmir məni.

7. Övladınız var, dediniz. Allah bağışlasın. Sizcə, ailə quran kimi, həmən övlad sahibi olmaq gərəkir, ya necə düşünürsünüz?
- Bəli, bir qızımız var. Ailəmizin şəni olan Ayşənimiz. Körpə, ailənin dadi-duzu, şirinliyidir. Allah bütün istəyənlərə qismət etsin. Ailə çox məsuliyyətli işdir, məncə, bir körpənin dünyayaya gəlməsi üçün hər iki tərəf özünü hazır hiss etməlidir. Əgər bu öhdəliyi öz üzərilərinə nə vaxt götürə bilsələr, bax, o zaman övlad sahibi olsunlar.

8.Övlad ailəyə nə verir?
- Övlad ailəyə xoşbəxtlik, sevinc gətirir. Hər gülüşü bizi daha da həyata bağlayır.

9. Ailənzin bağı nədir, təməlində dayanan necə bir möhkəmlik var?
- Ailəmizin bağı ilk növbədə sevgi, inamdır. Və ən əsası loru dildə desəm, sözümüz bir-birimizin boğazından keçir.

10. Ailə yoxsa kariyera, ya da ikisi birlikdə olar mı?
- Mənim üçün ən əsas ailədir. Seçim arasında qalsam, ailəmi seçərəm. Ümumilikdə isə həm ailə, həm də kariyeranı birlikdə problemsiz də sürdürmək olar.

11. Evlilik üçün yaş neçədir?
- Mənim fikrimcə, qiz ilk növbədə oxumalıdır. Daha sonra ailə qurmalıdır. Ailəni qurmazdan öncə dərin fikirləşməlidir. Erkən yaşda evliliyə münasibətim mənfidir.

12. Sevmək, ailə qurmağa addım atmaq üçün yetərlidir mi?
- Sevmək, əsas meyar sayılsa da, ailə qurmaq üçün yetərli deyil.

13. Xoşbəxtsiniz?
- Bəli...

14. Xoşbəxtlik anlayışı deyəndə nə başa düşülür?
- Xoşbəxtlik, insanlara görə dəyişir. Kimi xoşbəxtliyi pulda, kimi xoş xəbər eşitdiyində görür, kimi də bir gülüşə xoşbəxt olur.

15. Xoşbəxt evliliyin sirri?
- İlk növbədə, yoldaşını sevməlisən. Ona inandığını göstərməlisən. Qadın pişik kimi əzizlənməyi xoşlayır ,əgər yoldaşı onu əzizlədisə, ailə xoşbəxt olacaq, yox, əgər əzizləmədisə, qadın caynaqlarını çıxardıb o kişinin həyatını qara əskiyə bükə bilər.

16. Qadın əks cinsin nümayəndəsi olmadan mutlu ola bilməz mi?Mütləqdir mi, xoşbəxtlik deyəndə ağlımıza yalnız kişi gəlsin?
- Qadın, kişi məfhumu olmasa da, xoşbəxt ola bilər. Yetər ki, özünə güvəni olsun. Özünü bədbəxt göstərməklə insan heç nəyə nail ola bilməz.

17. Yoldaşınızın sizdən olan narazılığı və sizin ondan... nələrdir?
- İdeal insan yoxdur. Hər bir insanın nöqsanı olur. Yoldaşımın mənim inadkar olmağımdan xoşu gəlmir. İstədiyimi əldə etməyənə qədər dayanmıram. Yoldaşım isə çox mülayim xarakterli insandı, bəzən qısqanclıq hissləri yaranır onda. Əslində, o xasiyyətini də sevirəm.

18. Mutlu, örnək bir ailəsi olan xanım kimi xanımlara tövsiyənizi eşidək...
- Xanımlara tövsiyəm odur ki, hər hansısa bir işə qol çəkməzdən əvvəl düşünün. Hal-hazırda boşanmaların sayı çoxalıb. Qızlar, sizdən çox xahiş edirəm, ailə qurmazdan öncə dəqiq şəkildə götür-qoy edin. Nə özünüz yanın, nə də qarşınızdakı insanı yandırın. Kimdənsə intiqam almaq xətrinə ailə qurmayın.

Jalə xanım, səmimi söhbət üçün şəxsim adına təşəkkür edirəm.
Daimi mutluluqlar diləyilə, məsud olun!

Söhbətləşdi: Aysel Abdullazadə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+29=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0292 saniye