"National Geographic" jurnalının mart buraxılışı artıq satışda
Yazar.in tərəfindən "Digər yazılar" bolməsinə 15:41 03 mart 2015 tarixində əlavə olunmuşdur

Cəmi 4 manata dünyaca məşhur dərgini əldə edə bilərsiniz.

Jurnalın bu sayında quruda və suda yaşayan işıq saçan müxtəlif canlılar, müqəddəs torpaqlar – səmavi dinlərin kəsişdiyi Qüds şəhəri, alimlərin uzun illər boyu üzərində baş sındırdığı səma fenomenləri – qara dəliklər, Avropanın iki ziddiyyətli şəhəri – Berlin və Afinanın müqayisəsi barədə oxuya, dünyanın insan yaşamayan ucqar guşələrindən olan buzlu Qrenlandiya barədə maraqlı fotojurnalı izləyə bilərsiniz.

Həmçinin, “Tədqiqat” rubrikasında artıq ənənə halını almış “yerli məqalələr” silsiləsində bu dəfə Əliağa Vahidin Bakı şəhərində olan büstü üzərində ilk baxışdan diqqət çəkməyən təsvirlərin tarixçəsi barədə oxuya bilərsiniz.

Peşəkar fotoqrafların jurnalı bəzəyən fotoşəkilləri hər zaman olduğu kimi, məqalələrdən zövq almaqda sizə yardımçı olacaq.

Xatırladaq ki, dünyaca məşhur “National Geographic” brendi Azərbaycana 2014-cü ilin mart ayında “Garant Media Holding”in təşəbbüsü ilə gətirildi və “National Geographic Azərbaycan” jurnalı ilk buraxılışını sentyabrın 1-də Heydər Əliyev Mərkəzində təntənəli şəkildə təqdim etdikdən sonra dərgi ölkənin bütün satış nöqtələrinə çıxarıldı.

Jurnalı istənilən satış nöqtəsindən ala bilməklə yanaşı, ona həm də abunə olmaq mümkündür.

Dərginin satış qiyməti 4 manat təşkil edir. Bu qiymətə Azərbaycanın istənilən nöqtəsinə çatdırılma da daxildir.

Jurnala 012 563 56 25 (daxili nömrə 302) telefon nömrəsi ilə zəng edib abunə yazılmaq olar.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+21=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0211 saniye