"Qumarbaz Mələk"
Timur Alp tərəfindən "Hekayə" bolməsinə 15:02 25 mart 2014 tarixində əlavə olunmuşdur

Məşhur iş adamı “K”.Hər kəs onu bu adla çağırırdı.Bu təxəllüsün ona verilirməsində səbəb anadangəlmə kürəyində “K’’ hərfinin olmasıdır.Kök,hündürboy, orta yaşlarında bir şəxsdir.

O,uzun müddət iş rejimindən sonar tətilə ayrılır.Daha dəqiq desək,günün çox zamanını barlarda keçirir.Maraqlısı budur ki,hər kəs “K”-nı təmiz qəlbli,xeyirxah,aşağı təbəqəni öz himayəsində alan bir iş adamı kimi tanıyırdılar.Niyədə belə olmasın? Məşhur bir iş adamı olasan,heç kimədə yardım etməyəsən.Sözün düzü “K”-nın yanında işləyən və ona yaxın olan bir neçə şəxs ondan heç vaxt şikayət etmirdilər.Bəlkədə onun işçiləri olduqları üçün belə deyirdilər.Lakin “K”mənim gözümdə belə deyildi.Dediyim kimi “K”nın tətil dediyi şey bar və qumarxanalar idi.Şəxsi villa sahibi olan “K” burda özü üçün hər cür şərait yaradıb.Mənə bu “K” təxəllüslü şəxs maraqlı gəldi.Həmişə fotolarda görmüşdüm.Bəlkə məni hisslərim aldadır?Bəlkə o həqiqətən çox xeyirxah biridir?Mən bu suallara cavab  tapmaq istəyirdim.Ona görə “K”-nın villasının qarşısındakı villanı kirayələdim.25-30 metrlik bir məsafə vardı mənzillər arasında.Bir jurnalist və yazıçı olaraq mən “K”-nı araşdırıb,məlumat toplamaq çalışırdım.Boş olan vaxtlarında isə cızma-qara edirdim.Axşam saat yeddi olardı.Hekayə yazırdım.Texnikanın inkişaf etməsi nəticəsində ‘notebook’da yazmağa üstünlük verirdim.Masa pəncərəyə yaxın idi.Bir azca yuxarı baxan kimi ətraf görsənirdi.Təsadüfən gözüm pəncərəyə sataşdı.”Notebook”u bir küncə qoyub,pəncərəyə tərəf addımladım.Daha sonra eyvana keçdim.Ətrafı seyr etdim.Hava bir qədər sərinləmişdi.Mən üşüməyə başladım.Bu zaman ‘’K’’-nın evinin eyvanında bir qadın görsəndi.Əhəmiyyət vermədən içəri keçdim.Yəqinki məntiqsizlik olardı saatlarla qadına baxmağım.Yenidən işimin başına keçdim.Sabah “K” ilə söhbətləşmək istəyirdim.Ona bəzi suallarım var idi.Gecəlikcə suallar hazırlayıb yatdım.Səhər yeməyindən sonra hekayəmi bitirməyə çalışdım.Bağçada oturub komputer qarşısında idim.Yenidən “K” eyvanında dünənki gənc qadını göründü.Özümdən asılı olmayaraq bir neçə dəqiqə qadına baxdım.Qadının gözəlliyi məni dəli edirdi.Qızılı saçları üzünə dağılmışdı.Lakin o heçdə xoşbəxt deyildi.Sanki intihar etmək istəyirdi.Mən susub səssizcə seyr edirdim.Qadın sanki məni tilsimləmişdi.Gözlərimi ondan ayıra bilmirdim.Daha sonra sanki təhlükə hiss edib,içəri daxil oldu.

Mən “K”-nın mənzilinə tərəf yola düşdüm.Bu gün onunla  görüşməli idim.Yalnız qapıda dayanan iki gözətçi “K”evdə olmadığını söylədi.Kor peşman öz evimə qayıtdım.Amma gözətçilərin ‘evdə yoxdur’ deməyi inandırıcı olmadı.

Mətbəxə daxil oldum.Çay süzüb notebook’un başına keçdim.Bir neçə sətir yazmağa çalışdığım halda,heç bir şey yaza bilmirdim.Ağlımda həmən qadın var idi.İlk dəfə onu görəndə saatlarca baxmağımın məntiqsizlik olduğunu söyləmişdim.Lakin indi məntiqli olduğunu anladım.O xoşbəxt deyildi.Ola bilər zəngin həyat yoldaşı var,ailəsi var,bir sözlə hər şeyə sahib ola bilər.Amma xoşbəxtliyin sahibi olmadığını əminliklə söyləyə bilərəm.

Səhərisi gün...Dünən gecə çox yorğun idim.Ona görə günortayacan yatmışdım.Yuxudan oyanıb,çay içdim.Səliqəli bir geyim geyinmək üçün şkafı açdım.Hər şey dağınıq vəziyyətdə idi.Bir köynək götürüb,ütüləməyə başladım.Daha sonra pəncərə tərəfə keçdim.Yenədə həmənki qadın.Bu dəfə əlində spirtli içki sərxoş vəziyyətdə görsəndi.Spirtli içkini bir başa içən qadın əlində butulkanı tulladı.Və içəri otağa addımladı.Mən bu dəfə qəribə hislərlə qadını seyr etdim.Sanki HÖRÜMÇƏK toruna düşmüş bir kəpənək.Sağ qalmaq üçün çırpınır.Ölümü bildiyi halda.

Axşam saatları idi.Hardasa saat 7-8 olardı.Mən hamamda duş qəbul edirdim.Birdən birə ev telefonuna zəng gəldi.Zəngi gec eşitdiyimdən cavab verə bilmədim.Bir xeyli gecikdim.Bir neçə dəqiqə sonra təkrar zəng gəldi.Əlimi dərhal telefonun təstəyinə uzatdım.

-Alo,salam buyurun.

Dəstəyin o biri başından qalın bir səs tonu ilə cavab gəldi.

-Axşam saat doqquzda səni gözləyəcəm evdə.”K”

Çox qısa və anlaşılmayan bir zəng oldu.Mən  yerimdəcə bir anlıq donub qaldım.Sanki ətrafla əlaqəm kəsildi.Daha sonra divanda əyləşdim.Bir az özümə gəlmişdim.Bu danışıq mənə “K”nın bu axşam məni gözlədiyini xəbər edirdi.Bir neçə saat sonra evdən ayrıldım.Saat beşə on dəqiqə qalmışdı.Növbətçilər məni “K” ilə görüşdürdülər.Daha sonra “K”-nın tapşırığı ilə villadan ayrıldılar.Mən artıq onunla üzbəüz oturmuşdum.Kiçik masanın üstündə viski butulkası vardı.Üzümə baxıb stəkanların birinə viski süzdü və digər stəkanı mənə tərəf sürüşdürdü.Viskini içib,dilləndi.

-Məni axtarırdın həə?

-Birdən-birə özümü itirdim.Boğazım qurudu.İstər-istəməz viskidən süzüb içdim.Soyuq  tərin bədənimdə dolaşdığını hiss edirdim.

-Hə sizi axtarırdım məşhur “K” kimdir?

Onun cavabı çox ağır oldu mənim üçün .Sənin “K”-nı tanımağın heçnəyi dəyişdirməyəcək və sənlik deyil jurnalist!

Mən aranı yumşaltmaq üçün özümün kiçik hekayə toplusunuona vermək istədim.Cibimdən çıxarıb, ona tərəf uzatdım.

Qaşlarını çatıb mənə tərs-tərs baxdı və.....

-Hə indidə mənə o gic-gic yazılarını verirsən?Yazıçı parçası!

-Bütün bədənim soyumuşdu.Bir söz tapa bilmirdim.

-“K” sizə bir şey deyim amma pis başa düşməyin.

O sadəcə başını yellədi.

Mən bura gələndən təsadüfən gözüm sizin eyvana zilləndi.Və çox zamanda sizin xanımınızı orda görürəm.Xoşbəx deyil sanki.

Çox agressiv tərzdə mənə baxan “K” ağzını açdı.

-Əclaf..Sən artıq camaatın xanımına baxırsan?Sən belə qudurmusan?

-Yox,yox səhv başa düşdüz.

Bir anlıq özümündə gözləmədiyim bir vəziyyətdə O mənim üstümə atıldı.Əlləri ilə məni boğmağa çalışırdım.Özümü onu əllərinin arasından çıxartdım.Gözümdə hər şey qaralmışdı.Artıq düşünə bilmirdim.Ətrafa nəzər saldım.Birdən-birə “K” divardan asılmış xəncəri götürüb, mənim üstümə düşdü.Yerdə bir xeyli yumarlandıq.Əlində alıb xəncəri ona sancdım.Bu istəmədən oldu.Təlaş içində idim.Xəncəri yerə tulladım.Üzərində HÖRÜMÇƏK simvolu vardı.Dərhal villanı tərk eləmək fikrinə düşdüm.Qapıya çatmışdım ki geri qayıtdım.Axı izlər vardı.Həəə izlər.Barmaq izi,hekayə toplusu,ayaq izi.Hamısını yox etməliydim.Hamısını sildim.Xəncəri onun əlinə keçirtdim.Ən doğrusu belə idi.Evə çatıb hər şeyi toplayıb,geri qayıtmaq istəyirdim.İçəri girəndə gördüyüm mənzərə məni şoka saldı.Bu ki “K”-nın xanımı idi.O mənə baxıb gülümsədi.Sərxoş idi.Gəl,oturaq söhbət edək.Sən sadəcə susacaqsan.

Biz yataq otağına keçdik.O,məni gözlətdi içəri otaqda paltarını dəyişirdi.Daha sonra stəkanın içinə konyak süzüb,qarşımda durdu.

-Hə jurnalist..və yazıçı.

Anlamadım nə oldusa lakin o dayanmadan gülməyə başladı.

- Yadaki qatil..

Nə qatil?Düzdü mən az öncədən etibarən qatil idim.

-Sən məni hər gün izləyirdin.Mənsəsəninlə əylənirdim.

-Necə yəni əylənirdiz?

-Hər gün eyvana çıxırdım çünki “K”-nı bu qıcıqlandırırdı.

-Elə bilirsən əlimdəki o butulka spirtli içki idi?

-Yox ..Sadə saf su idi..Sənsə o sudanda saf imişsən.

-Sən indi elə bilirdin ki,məni hər gecə o döyür?

-Mən sadəcə musiqinin səsini ucaldıb dəli kimi rəqs edirdim.

-Mən sadəcə susub oturmuşdum.Daha doğrusu donub qalmışdım.

Sadəcə bu sualı ona vermək istəyirdim.Bəs əlindəki içki nədir?Lakin verə bilmədim.O məni qabaqladı.

Bu indi içdiyimdə konyak deyil.Konyok butulkası ola bilər amma albalı şirəsidir!

Bu sözləri deyib gülməyə başladı.

Bəs bunları niyə etdin axı?Bir anlıq onu boğmaq istədim.

-Bu sadəcə qumar idi.Mənsə mələk.Sən oynaya bilmədiyin bir oyuna girişdin və saf yazıçı sən uduzdun!

-Mələk?? Sən ki şeytansan!

Şeytanlar heç vaxt yardım etmir.Mənki sənə dedim bu qumardı!

-Artıq bədənim soyuq tərə öyrəşmişdi.

 

Mən oranı tərk elədim.Nə biləydim bura sadəcə ölmək üçün gəlirəm.

Samir Ufuk Ali © , 2014.

Bermud  Production  © , 2014.

 


... dəfə oxunub
Qiymət: 5/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
4+10=
Hesaba giriş
Müəllif

Timur Alp
Haqqında
Timur Alp(Samir Miralı oğlu Hüseynov).26.12.1997-ci ildə Mingəçevir şəhərində dünyaya gelmişdir.Yazıçlığa Ⅶ sinifdə oxuyanda maraq göstərmişdir. 2013-cü ildə "Book club"a üzv olmuş və daimi kitab müzakirələrində iştirak etmişdi. 2014-cü ildə"GəncYazarlar"a üzv olmuşdu. "Dünya Türk Yazarlar Birliyi"nə 2014-cü ildə üzvlük vermişdir.
Əlaqə
Tel.:
055 745 68 12
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0234 saniye