"Səkilər"
Günel Qasımova tərəfindən "Digər yazılar" bolməsinə 03:33 06 aprel 2012 tarixində əlavə olunmuşdur

Yol boyu uzanan səkilər... Səkilər deyiləndə təsəvvürümdə yolun kənarındakı ağ - qara daşlar canlanır. O daşlar mənə çox doğmadır. Heyif ki, o daşlara indi çox nadir hallarda rast gəlirəm.
Həmin daşlar mənə uşaqlığımı xatırladır. Uşaq vaxtı düz yolu qoyub, həmin o əyri - üyrü, ağ - qara səki daşlarının üstü ilə gedirdim. Çox vaxt həmin daşların üstü ilə gedəndə büdrüyüb - yıxılmamaq üçün əlimi uzadırdım ki, anam tutsun. O isə, hirslənirdi "düş ordan yıxılarsan" deyirdi görürdüki, mənə təsir etmir, məcbur gəlib əlimdən tututurdu. Düzünü desəm məhz buna görə, həmişə istəyirdimki, anamla yol gedim.
Çünki atamla gedəndə o əlimdən tutmurdu. Heç üstümə də qışqırmırdı, acıqlanmırdı. Yıxılanda belə gözləyirdiki, özüm ayağa durum. Məndə birtəhər dururdum. Fikirləşirdim ki, atam məni çox sevmir. Ürəyimdə ondan küsürdüm də. Bəzən bütün günü beynimdə o an canlanır və həmin gün atamla danışmırdım.
O günlərdən illər ötüb, artıq indi başa düşürəmki, atam niyə belə edirdi.
O istəyirdiki, özüm öz hərəkətlərimə görə cavabdeh olum, yıxılanda durmağı bacarım. Yanımda, arxamda kimsə var deyibdə ona güvənmiyim. Sərbəst olum. Hər atdığım addımı qabaqcadan düşünüm.
Desəmki, bütün bunları öyrənmişəm artıq, yalan olar. Ancaq ən azından öz məsuliyyətimi dərk edirəm. Səhv addım atmamağa çalışıram, atsam belə özümü müdafiə edirəm. Bilirəmki, geriyə yol yoxdur. Birdə etdiyim səhvi təkrarlamıram. Mənim üçün əsası da elə budur. Keçmişimdə eşələnmirəm. Gələcək günlərimi düşünürəm.


... dəfə oxunub
Qiymət: 7/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
4+12=
Hesaba giriş
Müəllif

Günel Qasımova
Haqqında
Bakı Slavyan Universitetində jurnalist təhsili alıram. Yazmağa və bədii ədəbiyyata  həvəsim böyükdür. Problemlərdən yazmağa üstünlük verirəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0315 saniye