"Sevgi ilə güvən duyğusunu bir araya gətirsək, güvən daha ağır gələr" - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 18:08 13 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bu dəfəki qonağım şirin, gözəl və ağlı ilə yaşının çox üstündə olan
bir xanım - Gülşən Aslanlıdır.
Buyurun, söhbətimizi oxuyun...

1. Salam... Gülşəni necə tanıyaq?
- Gülşən Aslanlı - 1993 cü ildə anadan olmuşam. Əslən Tovuzluyam. 2009- cu ildə Sumqayıt Dövlət Tekniki kollecinə daxil olmuşam, ixtisasım bələdiyyənin təşkili və idarə edilməsi. İşləmirəm.

2. Gülşən həyat yolunu necə gəlib indiyə kimi?
- Mən əslində özümü yaxşı ifadə etdiyimi düşünmüşəm həmişə. Ancaq bu suala bir cavab tapa bilmirəm. (gülür)

3. Büdrədiyin olub mu?
- Əlbətdə ki, olub. Hər şey hər zaman yaxşı gedə bilməz.

4. Bu gün nədən narazısan?
- Narazı olduğum çox şeylər var. Onlara misəl gətirsək, ən çox yolda gedərkən sərbəst gedə bilməməyimdən narazıyam. Metroda, avtobusda gedərkən qırsaqqız kimi "düşük gədələr"in sataşmasından narazıyam. Azad ola bilmədiyim üçün narazıyam. Bu ölkədə çox şeydən narazıyam, əslində.

5. Azərbaycan toplumunda qadının yeri?
- Qadının yeri həmişə uca olmalıdır. Ancaq təəssüf ki, bizim toplumda belə deyil. Qadını aşağılanır bu günümüzdə, hələ də. Son illərdə qadına qarşı şiddətlər də artıb. Xatırlamıram şairi, bir şeir vardı:

Qadına zərif yox zəif deyəni,
Görsəydim deyərdim zəif adındır!
Özünü qadından üstün biləni,
Dünyaya gətirən elə qadındır!

6. Ailə və karyera ikilisində seçəcəyin hansı olardı?
- İlk əvvəl ailə deyirəm. Əlbəttə karyera da şərtdir, xüsusən də, qadın üçün. Ama iki seçim arasında qalsam, ailə deyərdim.

7. Dünyanı gözəllik xilas edəcək yoxsa qadınlar?
- Əlbəttə qadınlar... Həm də ağıllı qadınlar.

8. Sevgi ilə nəyi eyni tərəziyə qoysaq o məchul ağır gələr?
- Sevgi ilə güvən duyğusunu bir araya gətirsək, güvən mənə görə daha ağır gələr. Gərək, bir insana güvənəsən ki, sevəsən də. Diqqət etmisənsə, aradakı güvən qırılanda sevgi də bitir yavaş-yavaş.

9. Kitablarla aran necədir?
- kitablarla aram yaxşıdır. Sevirəm kitab oxumağı . Əsasən də, sevgi kitabları oxumağı. Ancaq son zamanlar biraz azaltmışam oxumağı. Yenə başlayacam.

10. Ən sevdiyin iş nədir?
- Ən sevdiyim iş işsizlikdir (gülür)

11. Nə vaxt ailə qurmağı düşünürsən?
- Nənələr kimi danışacam (gülür) Bu işlər qismət işi. Ancaq, məncə, ailənin məsuliyyətini daşımağa hələ hazır deyiləm. İstəyərəm sevdiyim insanla hələki sadəcə nişanlanım.

12. Sənin üçün ailə qavramında nələr əksini tapır?
- Ta uşaqlığımızdan bəri ailə qavramı başa salınır bizə. Ən çox rastlaşdığımız tərif olaraq, ailə - ata, ana, uşaq və digər insanların bir ev içərisində yaratdıqları birlik kimi başa düşülür. Ailə, eyni zamanda, bir-birindən fərqli düşüncə, duyğu və ehtiyaclara sahib fərdlərin bir arada yaşadığı bir sistem olaraq da dəyərləndirilə bilər. Ancaq kəsin cümlələri sadələşdirsək, ailə, bir-birinə hörmətdir, sayğıdır. Eyni vaxtda süfrə arxasında oturub, bütün küslükləri unudub birlikdə söhbət etməkdir. Ailə sevgidir. Ailə, qorxduğun anda bir-birinə möhkəm sarılmaqdır. Ailə, atanın süfrə arxasında: "mən sizin üçün yaşayıram, nəyim varsa, sizindir" deyilişindəki o səmimilikdir...

13. Nəyə kompleksin var?
- Özümə ən çox kompleks etdiyim şey boyumdur. Və məni kompleksə salan da cəmiyyətin qıt düşüncəli insanlarıdır. Belə deyək, əgər boyuma kənardan lağ və ya söz atılmasa, mən özümə kompleks etmərəm. Onun xaricində, o qədər də kompleks etmirəm nəyisə.

14. Həyat yolu düzdür yoxsa dalğavari?
- Mənə görə dalğavari, hətta ziqzaq deyərdim.

15. Maraqların nədən ibarətdir?
- Maraq dairəm o qədər də geniş deyil. Şeir oxumağı sevirəm, başqa ağlıma heç nə gəlmir.

16. Şəxsiyyət anlayışını necə izah edərdin?
- Şəxsiyyət - kişiliyi oturmuş insandır, mənə görə.

17. İnsanlıq bəşəridir yoxsa fərdi?
- İnsanlıq bəşəri anlayışdır.

18. Sonuncu dəfə hansı kitabı oxumusan?
- Kitabın adı "Monoloq" olub, amma təəssüf ki, yazarı unutmuşam.

19. Həyatında iz buraxan olay olub mu?
- Həyatımda atamın ölümü dərin iz buraxdı, elə bir iz ki, heç vaxt mənim ürəyimdən silinməyəcək dərinlikdə. Ondan başqa məni sarsıdacaq şey yaşamamışam. Kimsə, məsələn, sevdiyi insandan ayrılanda depressiyaya düşür, yəqin, həyatım bitdi falan deyir. İnanın ki, boş şeydi. Hər yerdə deyirəm bunu. Sizə də bu misalı verim.
Bir dəfə sevdiyim insandan ayrılmışdım. Oturub ağlayrdım. Deyirdim, ay Allah, bu nə idi mənə yaşatdın? Atam rəhmətə gedəndə məndən kimsə soruşmuşdu ki, çəkdiyin acını neçə bal gücündə dəyərləndirirsən? Onda belə dedim: "sevgilimdən ayrılanda hiss etdiyim duyğunun 10 bal gücündə olduğunu sanırdım. Yanılmışam onda heç 3 bal gücündə belə ağrı çəkməmişəm, sən demə. Ancaq indi çəkdiyim acı 10 bal gücündədir. Bu mövzuda həmişə çox danışıram, nədənsə.

20. Harda yaşamaq sənə daha rahat olardı?
- Mənim üçün Norveçdə yaşamaq daha rahat olardı. Sırf istədiyim rahatlıq, məncə, məhz o ölkədədir. Yoxsa ki, burada da xoşbəxtəm. Ancaq rahat deyiləm.

21. Xoşbəxt qadın kimdir?
- Xoşbəxt qadın, sevib sevilən qadındır, ana olan qadındır. Və həyatında hər şey yolunda gedən qadındır.

22. Xoşbəxtsən?
- Sözün açığı, özümü qətiyyən xoşbəxt saymıram. Düzdür, şükür edirəm Allaha, ama xoşbəxt olmağım üçün də qeyri-adi səbəb görmürəm. Ancaq kiçik şeylərdən də xoşbəxt olmağı bacarıram, an etibarı ilə xoşbəxt də ola bilirəm. Amma mütəmadi olaraq xoşbəxt deyiləm.

23. Sevməklə aşiq olmağın fərqi nədir?
- Mən aşiq olmadığım üçün fərq qoya bilmirəm.

24. Məntiq evliliyi nə qədər məntiqlidir?
- Məntiq evliliyi, elə, ən məntiqlisidir. Təbii ki, mənim fikrimcə, evliliyə sadəcə sevgi bəs etmir. Əlbəttə, bir yerdə məntiqinlə də hərəkət etməlisən.

25. Elə bir xəyalın var mı ki, ən böyük arzuya çevrilib?
- Sözün açığı, yoxdur yəni ağlına gəlmir.

26. Xanımlarımıza sözün?
- Xoşbəxt olsunlar, gülümsəyin xanımlar!

Maraqlı söhbət üçün təşəkkürlər, Gülşən!
- Mən təşəkkür edirəm.

Söhbətləşdi: Aysel Abdullazadə

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+28=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0456 saniye