"Siluetlər" Ketrin Mensfild
Tamella Abdıyeva tərəfindən "Hekayə" bolməsinə 21:51 21 yanvar 2016 tarixində əlavə olunmuşdur

Axşamın soyuğudur. Pəncərəmdən yarı qarla örtülmüş gərməşov kolu görünür. O, xumar-xumar hərəkət edir, hər dəfə ona baxanda sanki həzin bir musiqi qəlbimə dolurdu.

Mirvaritək buludların düzüldüyü səmanın əksinə qatırdırnaqları ilə örtülmüş, şirtək vəhşi nəhəng təpə qüllələri ucalırdı. Narın yağış yağsa da, hava sakit idi və karaka ağacından quşların ürkək nəğmələri eşidilirdi.

Küçədə üç oğlan uşağı ağacın altında çömbəlib siqaret çəkirdi. Kiminsə onları görəcəyindən qorxsalar da, özlərini elə sakit aparırdılar ki, sanki heç nə veclərinə deyil. Və budur onlar boz, qatı və qoxulu tüstü dumanını havaya - Böyük Qadağalar Tanrısına doğru buraxırlar.
İki kişi həyacanla danışa-danışa küçəni aşağı düşür. Qarşıdakı binanın dörd pəncərəsindən hələ də işıq gəlir. Mənim otağım isə qaranlıqdır. Uzun və ağ çarpayı məni qorxudur. Və birdə astaca irəli-geri yellənən pərdənin qotazları … İnanmaq olmur ki, o cansızdır.

Hava getdikcə qaralırdı. Oğlanlar ucadan deyib gülərək çoxdan küçəni tərk etmişdilər.

Və mən gizli və qadağan olunmuş hər şeyə qarşı ehtiraslı istək duyaraq, pəncərəmdən əyilib qaranlığa boylanırdım. Gecənin gəlməsini, məni bənövşəyi alatoranlıqda ağ qardeniyaların üstünə uzadıb isti dodağı ilə öpməsini arzu edirdim. Gərməşov kolu sakit və əzgin halda o yan, bu yana əsirdi. Uzaqdan saatın küt, ağır səsi eşidilir, otaqda isə ruh kimi çarpayıdan savayı qaranlıq və boşluq sirdaşım idi. Burada səssiz, sakit, laqeydcəsinə uzanmaq çox dəhşətli, ancaq biraz da məftunedici olardı.

Tərcümə etdi: Abdıyeva Tamella 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+22=
Hesaba giriş
Müəllif

Tamella Abdıyeva
Haqqında
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) Bədii Tərcümə Klubunun (BTK) üzvü 
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0321 saniye