"Utop"-uma məktublar.. Pritça 3.. "İçkinin gücü"..
Susqun tərəfindən "Digər yazılar" bolməsinə 23:41 16 fevral 2015 tarixində əlavə olunmuşdur

Sənə yazılan pritçalardan biri daha, halbuki sən indi hardasan, heç xəbərin yoxdur bur pritçalardan, kimə yazılıdğından xəbərsiz olduğun kimi nə yazıldığından da xəbərsizsən...

Heç vaxt oxumayacağını bildiyim birinə...

Sən getdiyin gündən, ayın 19-undan rəfimdəki kitabları içkilər əvəz edir. Ümid edirdim ki oxuyacağım kitablarım mənə sənsiz xoşbəxtliyi tapmağa kömək edəcək, axı kitablar bizə çox şey öyrədir. Oxuduqca, xoşbəxtliyi tapmaqdan daha da bədbəxtləşdim. Ən azından xoşbəxtliyin necə olduğunu bilirdim, axı mən bədbəxt biri idim, məni bədbəxt edən nə var idi sə bunların əksi xoşbəxt edəcəkdi...
Hər yeni gün digərini əvəz edir, hər yeni 19 köhnəsinin yerinə keçir, hər 19 özülə bir insanı aparır, yox zəhrimara qalsın bu içkilər, insanlar yerində qalır, sadəcə o insanın dəyərini aparır və dəyərsizləşdirir. Həmişə səndən uzaqlaşdığımı düşünürdüm. Yox, haqsızmışam, axı biz yerimizdəyik ən uzağı eyni balaca şəhərdə nə qədər məsafədə ola bilərik axı? İçkilər gerçəkləri deyir, kitablar isə gerçəkləri öyrədir...
Niyə xoşbəxt olmadıq? Niyə sevmədik axı? Hər kitabı götürüb yerinə başqa bir içkini qoyanda anlayıram ki endorfinimin birini daha məhv edib əvəzində aseratanin qoyuram, hər gedən kitab özü ilə xoşbəxtliyin son damcılarını aparır, damcı demişkən Fransız şərabları çox əladır, hər damcısının dəyərini bilmək lazımdır...
Səni gördüm dünən. Təqvimə baxmadan ayın 19-u olduğunu bildim. Yox zarafat eliyirəm, ürəyimin içinə baxacaq texnologiyaya sahib deyiləm, bilirsən aynalarada nifrət edirəm son dəfə bir yerdə baxanda mən qırmışdım, necə sən olan ürəyimi sən qırmışdın... Nə danışıram yenə? İçkiliyəm, yazıram, bağışla, əlimdən bu gəlir...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+13=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0285 saniye