"Utop"-uma məktublar.. Pritça 5.. "Ruhumdan beynimə"..
Susqun tərəfindən "Digər yazılar" bolməsinə 23:52 16 fevral 2015 tarixində əlavə olunmuşdur

Sənə həsr etdiyim məktublar, pritçalar, şeirlər, əsərlər arasında mənə ən çox təsir edəni budur... Bir pəncərədə bu məktub, digərində Ramiz Quliyevin "Ləpələri"... Gözlərim məktubda, qulağım tarda, əlim içkidə, ürəyim səndə, cismim cəhənnəmdə, ruhum cənnətdə... Tanrını görüm, gecənin qaranlığın susqunluğumla susdurum gələcəm...

"Axşamın xeyir... Yenə narahat edəcəm səni... Narahat edirəmsə bağışla... Hər 24 saat ağlımı daha da kütləşdirir... Son 24 saatın kütləşdirici məktubu... Sənə həsr edilib, digər yazılar kimi..."

"Ruhumdan beynimə"...

"Yenəmi sənə yazım? Yenəmi səndən yazım? Xəyalımdamı canlandırım gözlərinin qarasın ya yuxularıma qonaq edim? Gəl gedəy buralardan. Bakıdan uzaq, nə Paris, nə də ki Vianna. Praqadan qaçaq, Riqadan Utopiyaya uçaq. Sadəcə sənli xəyalları olan mən və sən. Bizi axı itkilər birləşdirirdi. Bizi axı sevgi yox nifrət bir araya gətirmişdi. Sevginin nə olduğunu bilməyənlərə nifrət hissi. İnsanların heç vaxt bilməyəcəyi bu gizli xəzinə. Alimlər buna ekstrasensitivlik deyirmiş, əh boş ver mələkləri dinlə. Səmada qaçanlar deyir. Sevgidən təsirlənib, əl-ələ verib uçaq səmalara. Sonra da ayaqyalın qaçaq. Hər şeyi unudaq. Keçmişi, gələcəyi, alimləri, mələkləri. Mən Susum sənin gözlərinə aşiq olum, sənsə heyranı olduğum gözlərini bir an belə məndən çəkmədən Susqunluğumla danış ..."

Boş ver...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+30=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0258 saniye