"Uzaq qohumdansa yaxın qonşu yaxşıdır"
Gülnar Məmmədova tərəfindən "Hekayə" bolməsinə 02:50 03 may 2012 tarixində əlavə olunmuşdur

 

Uzaq qohum yaxşıdır, yoxsa yaxın QONŞU? Bu sualı dəfələrlə eşitmişik. Cavab verərkən bir qədər düşünmüşük. Bəzən bir qədər çətinlikdə çəkmişik. Fikirləşmişik ki, “əgər yaxın qonşu həqiqətən yaxşı adamdırsa, əlbəttə, uzaq qohumdan yaxşı olacaq. Ancaq yaxın qonşu pis adamdırsa, onda ondan yaxşılıq gözləmək yersiz olardı”- deyib, uzaq qohumdan yaxşılıq gözləməyi məsləhət bilmişik. Ancaq bir şeyi də diqqətdən qaçırmayaq ki, çətin vəziyyətdə kömək üçün ilk yaxın qonşu yetişir. Uzaq qohum köməyə gələnə qədər iş-işdən keçmiş ola bilər. Ona görə də yaxın qonşu əgər yaxşı adam olarsa, sözsüz, uzaq qohumdan  əvvəl köməyə çatacaq, lazım olan hər şeyi edəcək.

Aşağıdakı hekayə ilə uzaq qohumun, yoxsa yaxın qonşunun yaxşı olduğunu ayırd edə bilərik.

Əhməd adlı bir kişi vardı. İki oğlu olan bu kişi kənddə yaşayırdı. Oğlanlarının savadlı olması üçün hər şeyi etmişdi. Onlara hər bir şərait yaratmışdı. Oğlanları da böyüdü, ali məktəbə qəbul oldu. Oxumaq üçün Bakıya gəldilər. Oxuduqları müddətdə burada balaca bir dükan açdılar. Bir müddət keçdikdən sonra bu dükanı böyütdülər. Sonra marketə çevirdilər. Şəhərin bir neçə yerində özlərinə bu cür marketlər açdılar. Bir qədər də keçdikdən sonra evləndilər. Bu müddət ərzində Əhməd kişi həyat yoldaşı Məsmə xanımı itirdi. Oğulları bu hadisədən sonra onu özləri ilə aparmaq istəsələr də Əhməd kişi razı olmadı. Deyirlər insan qocaldıqda öz doğma vətəninə daha da bağlanır. Həm də, Əhməd kişi arvadının qəbrini, demək olar ki, hə gün ziyarət edirdi. Bəlkə də, bu səbəblərdən o, öz doğulduğu kəndi tərk edib şəhərə getmək istəmirdi. Oğlanları isə atalarını gec-gec ziyarət edirdilər. İldə bir dəfə gələrdilər, ya gəlməzdilər. Hətta özləri gəlməz, sürücüləri ilə arvadlarını və uşaqlarını yollayardılar. Onlar da kəndi heç xoşlamadıqlarından bir-iki gün qalıb gedərdilər.

Oğlanlarının bu laqeyd olduqları dövrdə Əhməd kişiyə qonşusu Gülgəz baxardı. O, hələ Məsmə xala yaşayanda onların ikisinə də qulluq edirdi. Məsmə xalanın ölümündən sonra da köməyini davam etdirməkdə idi. Bir müddətdən sonra o da ailə həyatı qurdu. Ancaq Əhməd kişini yaddan çıxarmadı. Gülgəzin əri də onun kimi istiqanlı, mərifətli birisi idi. O da Əhmad kişi ilə yaxından maraqlanmağa başladı. Hətta bayram günlərində evə çağırar, onunla maraqlı söhbətlər edərdi ki, dərdlərini bir az da olsa unutsun. Əhməd kişi ona illərdir qulluq edən Gülgəzi hər gün görəndə utanırdi, elə bil xəcalət çəkirdi. Hər səhər ona yemək gətirəndə və ya çirkli paltarlarını yumağa aparanda o:” qızım, sizi də lap bezdirmişəm”- deyərdi. Lakin Gülgəz ona qulluq edərkən heç bezmirdi. Əhməd kişinin bu sözlərini eşidəndə bir qədər gülümsünürdü və ona da bezmədiyini uzun-uzadı cümlələrlə başa salırdı.

Bir gün Əhməd kişini həyatın ən acı həqiqəti – ölüm haqladı. Gülgəz yenə də səhər yemək gətirmişdi. Həmişə olduğu kimi qapı açıq idi. İçəri keçdi. Əhməd kişinin yataqda hərəkətsiz uzandığını gördü. Bir az da yaxınlaşanda işin nə yerdə olduğunu anladı. Ağlaya-ağlaya evə qaçıb ərinə xəbər verdi. Əhməd kişinin ölümü ilə bağlı xəbəri telefonla onun oğlanlarına çatdırdılar. Lakin Əhmad kişi dəfn olunduqdan sonra onun oğlanları kəndə gəldilər. Artıq Gülnaz və əri Əhməd kişini Məsmə xalanın qəbrinin yanında dəfn etmişdilər. Əhməd kişinin oğlanları Gülnazın ərinə yaxınlaşdılar və cibinə pul sıxışdırmağa cəhd göstərdilər. Bununla onla öz laqeydliklərini bir qədər ört-bastır etmək istədilər. Lakin Gülnazın əri üzünü çevirib evlərinə getdi. Pulu da almadı. Əhməd kişinin oğlanları bunadan sonra yenə də Bakıya qayıtdılar və bir daha bu kəndə gəlmədilər. Əhməd kişinin heç bir cümə axşamında iştirak etmədilər. Heç vaxt gəlib onun qəbrini ziyarət etmədilər. Ancaq Əhmadin yaxın qonşuları onu unutmurdular. Gülgəz və əri onun bütün yas mərasimlərini layiqincə keçirdilər. Onun qəbrini tez-tez ziyarət etdilər.

 Bu hekayədən də görünür ki, yaxın qonşu yaxşı olarsa, o, insanın ən yaxın qohumlarından, hətta, doğma övladlarından da yaxşı olaq.

 


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+11=
Hesaba giriş
Müəllif

Gülnar Məmmədova
Haqqında

Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0243 saniye