Qürbətdəki Şuşam
Guluza Mustafayeva tərəfindən "İnşa" bolməsinə 00:50 08 may 2015 tarixində əlavə olunmuşdur

Mən burada kitablardan oxuduğum, televizorda baxdığım Şuşa haqqında yazmayacam. Mənim qeydlərim Şuşanı görmüş, Cıdır düzündə gəzmiş, İsa bulağından su içmiş böyüklərin dediklərinə əsaslanır.Biz tərəfdə Şuşaya Qala deyirlər. Bu Şuşanı tikən yaradan Pənah Əli xanın adı ilə bağlıdır. O, yeddi qat dolama yolun sonunda yəni, bir tərəfi sıldırım qaya olan dağın zirvəsində şəhər salmaqla əslində düşmənlərdən müdafiə olunmaq üçün, basılmaz qala tikmişdir və sonralar Şuşa bir çox döyüşlərdə bu ad doğrultmuş, yaxın ətrafda yaşayanların dilində Pənahabad ən çox Qala adlanmışdır. Vaqifin adı çəkiləndə, Topxana, Cıdır düzü, İsa bulağı deyiləndə Şuşa yada düşür. Məlum səbəblərdən xain qonşularımız və ikiüzlü havadarlarının gördüyü işlər sayəsində 1987-ci ilin yayından bu tərəfə mənim ailə üzvlərim Şuşaya gedə bilmir. Onlar həmin yay Cıdır düzündə olublar. Əgər buhadisələr baş verməsəydi sözsüz ki, mən də ən azı 5-6 dəfə orada olmuş, gəzməli, görməli yerlərə baş çəkmişdim. Ancaq mən orada olmasamda özümü sanki, orada olmuş kimi hiss edirəm. Yəni nə vaxtsa Şuşanı görsəm bu mənim ilk görüşüm yox, elə bil, təkrar görüşüm olacaq - deməli qürbətdə olan Şuşa deyil mənəm. 1992-ci ilin 8 mayı rəsmi olaraq Şuşanın işğalı günü kimi tanınır. İlk baxışdan elə görünür ki, biz Şuşasızlıqla barışmışıq. Məncə bu heç də belə deyil. Bu ötən müddət tarixin səhnəsində çox qısa bir tamaşadır -qoy düşmən sevinməsin!


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+15=
Hesaba giriş
Müəllif

Guluza Mustafayeva
Haqqında
Gülü xanım – Mustafayeva Gülüzə Zaur qızı 2004-cü ildə Dekabrın 11-də Bakı şəhərində anadan olub. Lap körpəlikdən yazıb-oxumaqla yanaşı musiqiyə, rəsm çəkməyə də böyük maraq göstərir. Hal-hazırda Bakı şəhər 20 nömrəli tam orta məktəb-liseyin 4-cü sinfində oxuyur. Gülü xanım dərs əlaçısı olmaqla bərabər ictimai işlərdə də xüsusi fəallıq göstərir. Demək olar ki, məktəbin bütün tədbirlərində iştirak edir və nəticə olaraq diplomlarla, fəxri fərmanlarla, xüsusi mükafatlarla mükafatlandırılır. Bütün bunlardan əlavə Gülü xanım haqqında 2012 – ci ildə Lalə Qəzənfərqızının tərtib etdiyi “ZƏKA” kitabının 4-cü cildinin 218 – ci səhifəsində geniş şəkilli məqalə verilmişdir. Gülü xanım “Oxumağa nə var ki...”, “ Duyğular”kitablarının və hələ çap olunmamış maraqlı, orijinal hekayələrin, onlarla rəsm əsərlərinin ( hansı ki, onlardan biri kitabın üz qabığı kimi istifadə olunmuşdur) müəllifidir. Gülü xanımın növbəti işi “Rənglərin dili” adlı rəsm albomu nəzərdə tutulub. Bu kitab üzərində tərtibat işləri gedir.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0375 saniye