Rəqs edən oğlanı zorlayan mömin (Baça bazi)
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 20:30 08 yanvar 2016 tarixində əlavə olunmuşdur

Əfqanıstan. Onillərdən bəri vətəndaş savaşında qovrulan ölkə. Son illərdə radikal islamçılarla hökumət qüvvələri arasında döyüşlərin səngimədiyi ölkə. Gündəlik yaşamda partlayışlar, teraktlar, yoxsulluq, kasıblıq var. Bir də “baça bazi” adlı məqam.

Həyatıma nifrət edirəm, ölmək istəyirəm. Amma qaça da bilmirəm, ölə də bilmirəm. Qorxuram. Bilirəm ki, qaçsam, tutacaqlar və dəhşətli işgəncələrdən sonra öldürəcəklər. İntihardan da qorxuram. Çünki intihar edənlərin yeri cəhənnəmdir. Bu həyatımdakı cəhhənəmdən sonra axirətdə də cəhənnəm alovlarında yanmaqdan qorxuram.

15 yaşım var. Əfqanıstanın məşhur “mücahid komandir”lərindən birinin “oğlanlar hərəmi”ndəki zavallılardan biriyəm. Sahibim “Allahu-Əkbər!” deyib oğlanları yatağına salmaqdan və onları zorlamaqdan həzz alır. Özünü mömin müsəlman sayır, amma iyrənc adamdır.

Əfqan pulluları, xüsusilə də mücahid komandirləri arasında “kimin ən gözəl baça-bazisi var?” tipli rəqabət var. Çox yaraşıqlı olan oğlanlar daha hörmətli, imkanlı sayılır. Yaraşıqlı olmayandan isə yalnız cinsi əlaqələr üçün istifadə olunur. 11-17 yaşında oğlanlara qadın paltarları geyindirir, üzlərini ənlik-kirşanla bəzəyir, kişilərdən ibarət tamaşaçılar qarşısında rəqs etməyə məcbur edirlər. “Tamaşa”nın sonunda hamıdan çox pul verən kişi “baça bazi” ilə gecə keçirmək hüququ qazanır.

Əfqanıstanda bu rəzalət o səviyyəyə çatıb ki, “baça bazi”siz bayram keçirilmir. “Baça bazi”lik üçün yoxsul, ailə başçısını itirmiş ailələrin uşaqları, yetimlər və ya dilənçi azyaşlılar seçilir. Mən çoxuşaqlı ailələrdən idim, yaşayış səviyyəmiz çox aşağı idi. Bu isə “baça bazi”lik üçün şikarı asanlaşdırdı.

Məni “müəllim”in evinə aparmışdılar. “Müəllim” məni yatağa salaraq zorlamış və bundan sonra rəsq etməyi, musiqi alətlərində ifa etməyi öyrətməyə başlamışdı. Çıxış üçün hazır olduqda bayramlara aparılaraq müştərilərə “xidmət” etməyə başlamışdım. Çıxış və gecə üçün alınmış pulların əksəriyyəti “müəllim”ə çatır, mənə qalan kiçik məbləği isə ailəmə yollayıram.

Seksual zorakılıq qurbanı kimi psixikam məhv olmaqdadır. Bir gün mən də şəvə saqqallı, əllərində təsbeh yerə düşməyən şorgöz və uşaqbaz pullularından biri ola bilərəm. Çiliklənmiş uşaqlığımın qisasını almaq naminə yeni nəslə çevrilə bilərəm. Yüksək sosial status göstəricisi kimi “baça bazi”liyə qurşanıb məşhur iyrənc əyləncəni davam etdirə bilərəm. Əfqan qadınını reproduktiv funksiya daşıyıcısı sayıb, ona ancaq “uşaq doğan” kimi baxa bilərəm. Heteroseksual münasibət əvəzinə uşaqbazlığı, pedofiliyanı dəstəkləyə bilərəm.

Əfqan kişiləri arasında zərb-məsəl yayılıb: "Arvad uşaqlar üçün, baça bazilər isə əyləncə və həzz üçündür."

 

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+15=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0235 saniye