Roma rəqəmləri haqqında maraqlı faktlar
Elnur Əzizov tərəfindən "Digər yazılar" bolməsinə 17:15 09 dekabr 2014 tarixində əlavə olunmuşdur

Romalılar qədim misirlilərin illər öncə etdikləri bəzi simvolları təkrarlayaraq ədədlərə yeni dizayn verdilər.

Bunların ədədi dəyərləri belədir;
 I = 1, V = 5, X = 10, L = 50, C = 100, D = 500, M = 1000

Bu gün də istifadə etdiyimiz bu hərflər yan-yana gətirilərək daha böyük ədədlər yaradılır. Məsələn: «25», «XXV» şəklində yazılır.
 
Bu ədədlər yazılarkən riayət edilməsi lazım olan bəzi qaydalar var: 
— Bir hərf ən çox üç dəfə yan-yana yazıla bilər.

— Bir hərfin sağına, özündən daha kiçik qiymətli bir hərf gəlirsə, toplanaraq oxunar. 
XI = 11, DCX = 610, LXXVII = 77 kimi.

— Sol tərəfə yazıldığında isə çıxarılır. XC = 90, IL = 49, CD = 400 kimi. Yalnız bir hərf yazıla bilər.

— Həm sağa, həm də sola daha kiçik qiymətli hərflər yazılaraq fərqli rəqəmlər yazıla bilər. 
CMLI = 951, XLVI = 47, CDLV = 455 kimi.

— Roma rəqəmi ilə yazıla biləcək ən böyük və ən uzun rəqəm — «3888» dir. (MMMDCCCLXXXVIII)

— Daha böyük ədədlərə ehtiyac olduqda hərflərin dəyərini «1000» qat artırmaq üçün üzərlərinə xətt çəkilir.
Dörd əməliyyat etmənin çətinliyinə görə indiki vaxtda bundan çox istifadə edilmir.

Sıfır rəqəmi Roma say sistemində yoxdur.

kayzen.az


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+19=
Hesaba giriş
Müəllif

Elnur Əzizov
Haqqında

Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0286 saniye