Ruhumda qanadlarım var
Xuraman tərəfindən "Hekayə" bolməsinə 16:06 31 mart 2014 tarixində əlavə olunmuşdur

Lay lay la ben de böyleyim..
Lay lay la  hep de böyleyim..

Səhər saat 10 idi. İşə gecikdiyini hiss edirdi. Amma nəsə getmək istəmirdi. Yataqda o yan bu yana fırlanırdı. Nəyisə xatırlayır üzü 1000 hal alırdı.. Ən son içdən bir qəhqəhə çəkdi.. Səhərdən üzündən keçən o ifadələr indi uzaqdan durub bu qadının mahnı oxmağını dinləyirdi.. 
Yox, qadın dəli deyildi. Sadəcə sərhəddən çıxmağı sevirdi. Nə qədər olar axı eyni çərçivədən eyni şəkli görmək? Bir az da çərçivəsiz yanaşmaq lazım. Elə deyil?

Yatağından qalxdı. Vanna otağına keçdi. Üzünə əlini çəkdi. Yalançı bu gülüşü dodaqlarının kənarından sildi. Qəmzələri isə günahlarını toplayırdı göyün 8-ci qatından..

Telefonu yataq otağında bəlkə 10 dəfə çaldı. Amma fikir vermədi. Yəqin işdəndi deyib, qapını örtdü.


Ən sevdiyi iş idi, duş qəbul etmək. Suyla günahlarını yuyurdu sanki. Ya da günhalarının çirkabını təmizləyirdi. Utanmaq yoxdu. Hətta bir dəfə universitetdə bir yoldaşına dediyi sözə görə o xanımla bir ay danışmadılar. 
 Söz isə bu idi : " Bu dünyaya çılpaq gəldik. Çılpaq yaşayırıq. Kəfənlə ölürük. İki manatlıq qiyafələrinizi çılpaq bədəninizə bürüyürsüz ki, birdən namusunuz kirlənər. Demirlər ki, day bədənim günah sandığıdır."

Bu söz ətrafdakılara qəribə gəlirdi. Onun haqqında heç də normal danışmırdılar. İndi isə o maraqlı əhvalatlar da suyun altında öz gerçəkliyini itirirdi.

Birdən duşu bağladı. Artıq saat 12 idi. Bəyaz donunu geyindi. Güzgünün qarşısında o yan bu yana fırlandı. Əlinə çantasını almadan evdən çıxdı...

Sen beni boşuna kalbinin oralara koyma..
Kollarını bana sarma, Kalamam oralarda..
Sən de gül eylen.. Öyle acıklı konuşma..
Hayat ne ki sonuçta?
Anlık bir buluşma...

Avtobusa mindi. Hər yer dolu idi...
Tez gözünə bir yer göründü amma tərslikdən bir oğlan ora oturdu.
Hə, yadımdan çıxmışdı... Qızın adı Züleyxa.
Züleyxa elə üz halını almışdı ki, sanki bu saat onun yerində oturacaq oğlanı döyəcəkdi. Elə onu da edərdi, amma nəysə.

Oğlan qulaqcığıı çıxardı. Züleyxaya laqeyd nəzərlərlə baxdı. Və "hə, xanım, buyurun oturun" - dedi.
Züleyxa isə oğlanın gözlərinə baxdı. Çox qəribə bir hiss yaşadı.. Olur axı, bir ayağın çuxura, bir ayağın boşluğa keçir. Amma sonra birdən ayağını çəkib qanadlanırsan axı.. Bax elə bir hiss.


- Hara gedirsən?
- Anlamadım, xanım mənləsiniz?

Züleyxa anlamadan bu sualı verdi və sualından da xeyli məmnun qaldı.

-Hə, hə. sizləyəm..
-Heeeçç.. Universitetə.
-Oxuyursan?
-Hə. 4-cü kurs.
- Balacasan ki)
- Ola bilər, sadəcə əsgərlikdən sonra oxudum.
-hmm.. Adın nədi? Neçə yaşın var?

Oğlan qərib nəzərlərlə qıza baxdı. Belə birin ilk dəfə idi ki, görürdü. Heç görməmişdi ki, bir qız onla bu qədər açıq danışsın.


- Həə.. Adım Kamil. 24.
-Bıyy.. mənim 23. - Züleyxa gülümsədi.
-Xanım, nə baş verib axı? Siz hər adamla belə səmimisiz?
- Bilirdim bu sualı verəcəksiniz.. Yox, mən insanın gözlərində özümə bənzəyən bir ruh gördün mü səmimiyyətim artıq. Narahat etdimsə, bağışla..

Züleyxa sürücüyə "saxla" dedi. Və bundan sonrakı yolu piyada getmək istəyirdi. Tez tez düşdü..
Axı o, heç kimlə belə səmimi olmamışdı..
Niyə belə oldu axı?
İndi tez evə gedib, gecəliklərini geyinib. Yatağındaca musiqi dinləmək istəyirid. Beynindən min fikir keçirdi. Bilmirdi, hansını gerçəkləşdirsin..

-Heeeyy.. Xanım, dayanın..- arxadan bayaqkı oğlan qışqırırdı.
-Nə var?
- Üzr istəyirəm.
- Yox, canım, nə üzr? Gedin, gedin...
-Gedim?
-Hə.. - qız bunu qüruruna sığınaraq dedi. Naümidcə..
- Bir insanın gözlərinə baxıb, ancaq özünə aid bir şey gördün mü, o gözlərdə sənə aid bir şey var. Məntiqsiz görünür cümləm. Amma inan, elədir.
-Hə, bildim. Sənə bir şey deyim?
- De.
- Hamımız bu dünyaya çılpaq gəlmişik..
-Bilirəm..
-Amma kəfənlə öləcəyik.
- Hə. Elədir. Nə olsun?
- Necə nə olsun?

Ad günü idi. Hamı toplaşmışdı. Züleyxa isə yox idi. Öz doğum günündə qeyb olan qız. Maraqlı idi...


Ruhumda kanatlarım var..

-O gün sənə mənə deyəndə ki, gözlərində özümə aid bir şey gördüm.. Onda gördüyün sadəcə öz əksin idi.
- Necə yəni?
-Yəni, bir dəfə yadındadır, sən demişdin e, kəfənlə gəlsək bu dünyaya çılpaq gedərdik bəlkə də. Amma bununçün yalançı olamq lazımdı..
-Sən yalançısan?
-Hə..
-Hə? Nə yalan demisən?
- Mən sənin tanımadığın, bilmədiyin qəlblərdə məskən salan və zamanı gələndə rədd olub gedən bir abdal. Amma bu sözüm düzdü.
- Hamımız zamanı gələni rədd olub gedirik zatən. Əşi... gedirsən get, inan özün bilərsən.
- Bəs mənə aid idin?
- Zincir yok ki benim boynumda..

Doğum gününə qayıtdı. Hamı onu maraqlı baxışlarla süzürdü..

- Hardasan sən??? - rəfiqəsi soruşdu.
- Qanadlarım....
-Nə??
- Lay lay ben de böyleyim..
 Lay lay la hep de böyleyim...


Bəyənməyəcəyinizi bilirəm. Həqiqətən.. Çünki sadəcə bu mahnıdan sonra qələmə aldığım bir yazı idi...

Dinləyin..


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+1=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0267 saniye