saat çıqqıltısı vurur beyinə zərbələr əllərində çəkic zamanı divara mismarlayır.
Sən An tərəfindən "Şeir" bolməsinə 12:50 15 sentyabr 2016 tarixində əlavə olunmuşdur

dağılır fikirlər dünyanın üstünə

buludlar səmanın beyninə çevrilir

ağaclar sentyabr təqvimində

kağız olur

payızın sürreal təsvirlərində

balıqlar uçur,quşlar boğulur.

 

*** 

saat çıqqıltısı vurur beyinə

zərbələr əllərində çəkic

zamanı divara mismarlayır.

bir cüt göz bəbəyindən çıxır

yol çəkir.

xəyal bətnindən doğulmuş

uçmaq

əllərini üzür göy üzündən.

ayaqqabılarını geyinir

 

***

ay yeni doğmuşdu səmanın bətnindən

işıqlı gecənin torpaq ayaqlarında

ilbiz sürünürdü.

pişiklərdən gələn balıq qoxusu 

dəniz səsi idi.

döşü xərçəngdən kəsilən qadın

xəyanətə göz yumurdu

ilbizləşirdi.

 

***

qoxun süd rəngində

cizgilərin axır,

tökülür gözlərinə.

dodaqların qaçır yanağından

yol olur.

Afrodita inanır sənə

Dionis üzüm dərir üzündən

Tanrı qadın.

sən açanda qollarını

sevgiyə qucaq olursan.

çarmıxa çəkilir dünyanın 

yetimliyi

çirkinliyi.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+26=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0224 saniye