saçlarında uzanırdı yalnızlıq
Sən An tərəfindən "Şeir" bolməsinə 13:05 07 yanvar 2016 tarixində əlavə olunmuşdur

***
saçlarında uzanırdı yalnızlıq
qarışırdı saqqalına
üzünə kədər 
köynəyinə qırış gəlmişdi.
içərişəhərin köhnə küçəsində
boşluqla dolu bir mənzil də
kirayələmişdi.
hər səhər pəncərəsinin önünə 
məktəbə gedən uşaqların 
hay-küyləri qonurdu.
amma adam oyanmırdı,
kədərli ,çirkli yatağında uzanıb,
səssizliyinin səsinə qulaq asırdı.

***
bir də səssiz gecənin qulağına pıçıldamaq var
təkadamlıq etirafları
yorğanın altından çıxararsan əllərini
uzadarsan salarsan
qaranlığın cibinə .
axtararsan ,
axtararsan allahı
sonra gözlərin də,
əllərin də 
öyrəşər boşluğa
baxarsan ki,
başının üstündən tavan asılıb.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+22=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0302 saniye