saçlarından şeir süzülən qadın
Sən An tərəfindən "Şeir" bolməsinə 20:01 14 iyun 2015 tarixində əlavə olunmuşdur

saçlarından şeir süzülən qadın,
sənin çiynində şair olmaq,
yazır bütün sözlərimi,
fikirlərimi,
qoynuna,
qucağına.
atdım bütün içkiləri  də,
otağın küncünə,
mətbəxdəki zibil qabına.
sabah açılacaq
hər şeyi tullayacam,
təmiz olacam.
amma sən,
saçlarından şeir süzülən qadın,
səni hər gün yazacam,
sevgiyə,
ağrıya,
bulaşacam.
yoxluğun da bir tərəfdən üst-başımı kirlədir,
hər gecə duş qəbul edirəm.
amma bilirsən darıxmağı yuyub aparmaq olmur.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+21=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0288 saniye