Sadəcə cümlələr
Bəyaz Məmmədova tərəfindən "Digər yazılar" bolməsinə 12:33 23 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Soyuq,hansı ki,iliklərimə kimi işləmişdi.Yatmağa belə qoymurdu.Payızın qanlı xəzanında yaranmış soyuq yayda gündən saralmış tüklərimi biz-biz edirdi.Mən baxırdım...Səmadan bizə baxırdım...Qırıq,sökük eşqimizə baxırdım.Külək sərtcə üzümə vururdu.Hə bir də ki yağışın damcıları düşünürdü üzümə.Bəzən o damcıları belə qısqanacağını sanardım sonra bunun xəyaldan ibarət olduğunu dərk etməyə başladım.Hər yağış damcısında sənin məni qisqanmayacaq qədər sevmədiyini düşündüm.Xəyal qurdum desəm?Deməsəm ya da.Sənin məni qısqanmağınla bağlı xəyallarım doğurdanda axmaqcasına olur.Özüm belə sonra gülürəm.Görürsən bizim münasibətiminz necə də gülüncdü?Ha ha ha...Gülümsə sevgilim.İnadına gülümsə.Axı sən sevmirsən,bunu bacarmırsan.Mənə verdiyin bütün göz yaşlarının bədəlini gülməklə ödə.Əslində səhərləri ağlamıram.Günortalar heç yadım düşmürsən.Axşama doğru üzün ağlıma gəlir.Gecə isə bütün varlığın canlanır gözümdə.Bir az ağlayıram.Bəli bunu etiraf etməliyəmki ağlayan zaman çox çirkin oluram və özümə nifrət edirəm.Zəifliyimə görə yox sadəcə çirkin göründüyümə görə.Bəlkə də mən axmağam.Sonsuzadək susmalıyam.Amma inan bunu da bacarmıram.Danışmaq və xüsusilə də yazmaq mənim ən sevdiyim işdir.

Külək pərdəmizi tərpədirdi.Kiçicik mehi ilə ona öz təsirini göstərirdi.Pərdənin o incə,xəfif ətəyi ayağımın ucuna dəydikcə içimdə sanki kiçik uşağı oyadırdılar.Tüklərim yenə biz-biz olurdu.Damcılar artıq yorulmuşdu,yağmırdı.Susmuşdular onlar da.Durub sakitcə pəncərədən boylandım.Külək hələ orada idi.Mənə qucaq dolusu salam verirdi hər dəfəsində.Gözlərimin içinə baxaraq bütün hər şeyin yaxşı olacağını ,bir gün əlbəttə yazın gələcəyini deməyə çalışırdı.Mənə ümid verirdi.Bir tərəfdən verdiyi ümid,bir tərəfdən isə soyuqluğu ilə məni özünə tərəf çəkməyi bacarırdı.Gözlərimi sonsuz səmaya dikirdim.Yaydaki kimi deyildi səma.Ulduzsuz idi,açıq deyildi amma çoxlu bulud var idi.Ulduzu sanki bulud əvəz edirdi.Buludun sonsuz baxışlarını seyr edirdim.Dolmasını,daşmasını və ya daşa bilməməsini.Buludlar,pambıq kimi buludlar.Hə yadıma düşdü belə bir mahnı var idi.Pambığa bənzəyir düzdü.Səma boyunca düzülən şirin pambıqlar.Uşaq vaxtı alıb yediyimiz amma şirəsi əlimizə yapışır deyə əsəbiləşdiyimiz həmin o pambıq.Eh yenə söhbəti haralara apardım.Nə deyirdim?Hə yadıma düşdü.Sevgidən danışırdım.Əslində mənim sevgidən danışmağım bir az gülüncdü.Payız qala-qala sevgidən danışmaq da günahdı.Sevirəm payızı.Özünü,küləyini,damlalarını,yağışlı küçələrini,işlatdığı şəhərini.Ən gözəl Bakını isladır.Sanki ürəklə isladır Bakını.Bütün təmizliyini Bakıya həsr edir.Hə bir də Bakımız var idi hə?O şəhərlər,şəhəri,gözəllər,gözəli Bakımız.Yayda bir gözəl,payızda başqa cür gözəlliyə malik olan Bakımız var.Bir də Xəzərimiz var.Onu deməsəm inciyər məndən.Küsər ... Danışmaq bir daha mənimlə.Xəzərə və Bakıya nə qədər borcum var.Onlarda nə qədər sirrim var bir bilsəniz.Heç kimə demirlər.Deməyəcəklərdə bilirəm.Bakı və Xəzər mənim dərd ortağım.Bir də ki Payızım.Baxmayın payızı bu qədər sevdiyimə.Əslində yazın gəlişini səbirsizliklə gözləyirəm...Gələcək və hər şey yenidəm başlayacaq ... Bilmirəm yaxşı və ya pis başlayacaq amma əsas odur ki,başlasın.Çünki başlanğıclar hər zaman gözəl olur.Son sadəcə biz ölsək son olaraq qala bilər...

 


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+10=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0303 saniye