Salam. Nöqtə. Necəsən?
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 20:03 14 aprel 2022 tarixində əlavə olunmuşdur

Salam. Nöqtə. Necəsən?
Bir vaxt balım deyərdin, indi nöqtə qoymusan
Deyən məndən uzaqda bal yeməkdən doymusan
Səliqəsiz yazmısan, əvvəl diqqət edərdin
Mənə məktub yazarkən, ipə muncuq düzərdin
Tezliklə qayıdacam, darıxmışam yazardın
Göz yaşınla bilmədən yazılanı pozardın
Çətinsə də oxumaq, yazdığını seçərdim
Hər sözünün üstündən təkrar-təkrar keçərdim
Bu dəfə yadırğadım, tanımadım xətdini
Məktubla möhürlədin eşginin sərhədini
Vergüllər unudulub, nöqtələr nida olub
Yazdığın hər bir sətir eşgimə vida olub
Demirsən gəl ayrılaq, demirsən sevgim bitib,
Sən demə oyun imiş, oyuna marağ itib.

Müəllif: Tural Rəhmanlı

16.01.2022


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+10=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0299 saniye