Salam, vətən
Azər Şamxalov tərəfindən "Şeir" bolməsinə 03:35 02 fevral 2015 tarixində əlavə olunmuşdur

Salam,vətən
Necəsən səni qoyub gedəndən?
Nəyin var olduğunu soruşmayacam
Sən de görüm,nəyin yox vətən?
***
And ola qara neftinə
Hava limanına gedəndə sənsiz çətin olacağın anladım
Havanı qucaqlayasım vardı
Ölüm anında bir bəşərin həyatda qalma istəyi kimi idi
O an sənə baxmaq
***
Salam,vətən
Böyüdüyüm küçələrin necədi?
Tozun-torpağın,zibil qutuların necədi?
Mən ölüm görüb eləsən,darıxdığımı deyərsən
İnanmarsan bəlkə həmişə səni düşünmüşəm qardaş canı
***
Salam,vətən
İncimisən deyəsən
Qınama məni başına dönüm
Sənə layiq olmaq üçün qəm yeyirəm burda
Dilin yoxki cavab verəsən
Eybi yox
Tanrı səni qorusun
Bir gün gələcəm
Elə həmin o hava limanından
Sənə ayaq basmağım
Əleyküm Salamın olsun.


Sağ ol Vətən.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+34=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0442 saniye