satira
Nicat Cəfər tərəfindən "Şeir" bolməsinə 20:26 21 dekabr 2014 tarixində əlavə olunmuşdur

Nədəndir görəsən Yaltaqlar artdı ?
İgidlər azaldı Qorxaqlar artdı ?
Pul ilə o qədər "" şərəf " aldılar
Ölkədə satqınlar, alçaqlar artdı

"Dav "lar önə gəldi sabunlar qaldı
"Şakir"lər çoxaldı şampunlar qaldı
Ziyalı alimlər götürmədilər !
Bəzi məktəblərdə meymunlar qaldı !

Hörmət yox, ağıl yox, böyük, kiçik yox
Uşaq replə yatır layla, beşik yox
Tənbəllər, işsizlər yaman çoxalıb 
Salam yox əleyk yox bağda ərik yox

Açanda Tv ni ağlıyıram mən 
Sizə... lisenziya verənə əhsən !!
Kanalın sahibi ailənlə birgə
Oturub baxarsan verlişlərə sən? !

Əsas pulun olsun nədir ki təhsil ?!
Qırdılar milləti, etdilər zəlil
Silmək istəyəndə milləti birbaş !
Birinci təhsili edərlər xəşil

Məscidlər bağlanır "Topaz" lar artır
Həqiqət içində məcazlar artır
Haqqını haqqına istəyənlərin
Başına şillələr qapazdar artıb

"Aktivya " içərək aktivləşirlər
İndi cəsurlar da arxivləşirlər
Təklikdə it kimi quyruq buluyan
Bir "dayday " görəndə nə Divləşirlər

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+7=
Hesaba giriş
Müəllif

Nicat Cəfər
Haqqında
Mən Nİcat Tarverdiyev 1994 Baki şəhərində anadan olmuşam Hal hazırda tələbəyəm ədəbiyyatin heca əruz sərsbəst vəznlərində yaza bilirəm. İNşAllah ki oxuyub dəyərli qiymətlərinizi deyərsiz
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0252 saniye