Sən də əllərini qaldır yuxarı
Rüstəm Sadiqli tərəfindən "Şeir" bolməsinə 00:47 30 avqust 2016 tarixində əlavə olunmuşdur


Allahdan başqası fayda etməyir
Bəndəyə gedənlər yolda gözəyir
Səni rəbbin görür,rəbbin dinləyir
Sən də əllərini qaldır yuxarı

Gözəllik yaratdı görəsən gərək
Yaxşılıq ipini hörəsən gərək
Dunyada cənnəti qurasan gərək
Sözərin olmalı Allaha sarı !

İşıq olmalısan sən bu cahana 
Mərhəmət yaraşır gözəl insana
Allahdan danış, qardaşın oyana
Yaşat insanlığa günü,baharı

Ədalət ruhu tək yaratdı səni
Dunya adlı yerdə oyatdı səni
Məxluqata əşrəf tanıtdı səni
Bildir kainata o nurlu yarı

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+17=
Hesaba giriş
Müəllif

Rüstəm Sadiqli
Haqqında
Şair,
Əlaqə
Tel.:
+994517196064
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0357 saniye