Sən gedirsən bu şəhərdən
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 00:16 30 aprel 2015 tarixində əlavə olunmuşdur

Sən gedirsən bu şəhərdən, 
Gözlərim ardınca baxır, 
Arxanca su atdım, tez gəl-
O su gözlərimdən axır

Sən gedirsən bu şəhərdən, 
Hər şeyə bir nöqtə qoyub. 
Heç baxmırsan dönüb mənə, 
Sanki könlün məndən doyub.

Sənlə keçən o anları,
Dəyişmərəm yüz anıma.
Əlinin istisi keçib, 
Damarımda al qanıma

Dönəcəyəm deyərək sən,
Sanki vida etdin mənə, 
Mən ki səni buraxmazdım, 
Döndün saçlarımda dənə.

Yetim uşaq kimiyəm mən, 
Gözlərim yollarda qalıb.
Bir rəsmindi birdə mənəm, 
Ürəyimi hicran alıb.

Qayıt geri bitsin həsrət, 
Əvvəlki tək biz, biz olaq.
Sən olmasan mən tam olmam, 
Sənsiz eşqim şikəst, çolaq.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+16=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.026 saniye