Sən günəşsən
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 12:29 25 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Bu gün çox gözəl gülürsən
Görürsəndə təbəssümün buludları ağlatmır.
Ey sən sarı saçlı qadın, niyə bu qədər işıq saçırsan?
Lap istiliyin öldürür məni, sən olmayanda da üşüyürəm.
Pəncərimi açıq qoyuram, hər səhər görüm səni deyə
Amma naz edirsən, gizlənmə evin otaqlarında.
Yenə məcnun olub, çöllərə düşmüşəm
İndi keçmiş məcnunlar gülür mənə.
Səni soruşuram buludlardan
Yağış damlası tək yağırlar ovucuma.
Hardasan? Ey sarı saçlı qadın
Sənsiz üşüyürəm, xəyallarım bədənimi isitmir artıq.
Bənzəyirəm soyuq küləyə, çünki küləkdə günəşsiz üşüyür.
Fəsillər kimidir bəzi qadınlar
Yayda isidirlər əlləri, qışda isə soyuq qoyurlar.
Deyəsən səndə batdın
Dənizin arxasında batan günəş kimi.
Səssiz sevdin dinmədim, səssiz gizlənmək nə idi bəs?


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+11=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0301 saniye