sən həmişə yadımdasan, yanımda olmasan da.
Sən An tərəfindən "Şeir" bolməsinə 13:07 26 oktyabr 2015 tarixində əlavə olunmuşdur

*** 
sən həmişə yadımdasan,
yanımda olmasan da.
yox eyy yox 
səhv elədim
sən həmişə yanımdasan.
bax ,
həm sağımda , 
həm solumdasan.
uzanmısan dağınıq saçlarınla,
qolumdasan.
yox eyy yox ,
yenə səhv elədim, 
yanımda yox, 
yadımdasan.
yadıma o qədər düşürsən ki,
yaddaşımda səninlə yadlaşıram.
getdiyim hər küçəni, hər yolu sorğulayıb
özümlə hesablaşıram.
səndən başqa,
qalmır heç nə yadımda.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+14=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0278 saniye